Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar tədbir keçirilib
07.02.2014 00:00
  • A-
  • A
  • A+

Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycan tarixinin elmi ekspozisiyası” şöbəsi əməkdaşlarının təşəbbüsü ilə görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə şöbənin əməkdaşları - t.ü.f.d. Firdovsiyyə Əhmədova “Azərbaycanın dövlətçilik tarixində M.Ə.Rəsulzadənin yeri”, elmi işçilər - Əli Fərhadov “M.Ə.Rəsulzadənin yaradıcılığında dini-siyasi məsələlər”, Fikrət Bağırov “M.Ə.Rəsulzadənin diplomatik fəaliyyəti (may-noyabr 1918)”, Fuad Ağayev “M.Ə.Rəsulzadə və İran inqilabı” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə dahi xadimin şərəfli həyat yolu və fəaliyyətindən bəhs olunub, onun xalqımızın tarixi taleyindəki xidmətləri xüsusi vurğulanıb.

Görkəmli şəxsiyyətin fotolarının nümayiş etdirildiyi və 28 may 1956-cı ildə “Amerikanın səsi” radiosu vasitəsilə etdiyi çıxışın səsləndirildiyi təqdimat dərin marağa səbəb olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: