Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvan Bölməsində dərc edilən “Axtarışlar” jurnalının bu ilə olan son sayı işıq üzü görüb
21.12.2016 09:18
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində dərc edilən “Axtarışlar” jurnalının bu ilə olan son sayı işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təsis etdiyi “Axtarışlar” jurnalının bu ilə olan son sayı işıq üzü görüb.

Jurnalda Naxçıvan Bölməsinin, AMEA-nın Ədəbiyyat, Folklor, Dilçilik institutlarının, Naxçıvan Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin və digər elm və təhsil müəssisələrində çalışan 40-a yaxın elm adamının müxtəlif mövzularda yazdıqları orijinal elmi məqalələr toplanılıb.

203 səhifəlik jurnalda folklorşünaslıq, ədəbiyyatşünaslıq, dilçilik, sənətşünaslıq və tarix bölmələrində elm adamlarının apardıqları araşdırmalar öz əksini tapıb. Oğuz eposunda qəhrəman cəmiyyətin xilaskarı və qoruyucusu kimi, Naxçıvan dialekt və şivələrinin qədim türk abidələrinin dili ilə fonetik və leksik müqayisəsi, Azərbaycan dilinin dialekt sistemində Şahbuz şivələrinin yeri, Naxçıvan teatrı 1918-1920-ci illərdə, Rənglərə əzəmət bəxş edən dahi, Naxçıvanın XII əsr tarixi XIX-XXI əsrlər dövrü tarixşünaslığında, Azərbaycan dialektologiyası Almaniyada,  Naxçıvan teatrına aid yeni tədqiqat əsəri və bu kimi oxunaqlı məqalələr “Axtarışlar”ın yeni sayında oxuculara təqdim olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: