AMEA Hüseyn Cavidin Ev Muzeyinin elmi katibi Natiq Mürsəlovun müəllifi olduğu “İqtisadiyyat sahəsində gənc tədqiqatçıların elmi informasiya təminatı” kitabı nəşr olunub. Kitab Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinə əsasən çap edilib. Nəşr “Gənc iqtisadçılar arasında araşdırma müsabiqəsi” layihəsinin əsasında hazırlanıb.
Kitabda informasiya cəmiyyətinin inkişaf etdiyi hazırkı mərhələdə gənc tədqiqatçıların elmi-mədəni, təhsil və digər sahələrdə fəal iştirakının əhəmiyyətindən danışılır. Kitabın çap edilməsində məqsəd gənc iqtisadçıların təhsil və elmi fəaliyyətlərinin stimullaşdırılması, onlarda elmi tədqiqata həvəsin artırılmasıdır.
Nəşrin elmi məsləhətçisi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.