Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

19.01.2017 14:23
  • A-
  • A
  • A+

Bitki genetik ehtiyatları sahəsində tanınmış mütəxəssislərlə görüş keçirilib

Bitki genetik ehtiyatları sahəsində tanınmış mütəxəssislərlə görüş keçirilib

Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (ICARDA) Genetik Ehtiyatlar Bölməsinin aparıcı mütəxəssisi Dr. Məhəmməd Favzi Navar və bitki genetik ehtiyatlarının (BGE) sənədləşdirilməsi üzrə tanınmış mütəxəssis, polşalı alim Dr. Yan Konopkanı qəbul edib.

BGE üzrə Beynəlxalq Etimad Fondunun dəstəyi ilə baş tutan görüşdə məqsəd Azərbaycanın BGE üzrə informasiya sistemi və Milli Genbankın məlumat bazası infrastrukturunun yenilənməsi, fond tərəfindən instituta hədiyyə edilmiş yüksək keyfiyyətli işçi kompüter serverin işə salınması, ICARDA tərəfindən müasir tələblərə cavab verən informasiya sisteminin təqdimatı idi.

Altı günlük səfər müddətində qonaqlar institutun Beynəlxalq əlaqələr, informasiya və koordinasiya  şöbəsinin baş mütəxəssisi və Milli Genbankın Məlumat Bazasının İdərəedicisi İlhamə Mirzəliyeva ilə birlikdə sözügedən bazanın daha da təkmilləşdirilməsi və yeni yaradılmış sistemə qoşulması üçün köhnə sistem üzərində infrastruktur dəyişiklikləri aparıb və yeni sistemə keçid üçün işlər görüblər. Məlumatların yeni sistemə köçürülməsi prosesinə artıq başlanılıb. Bu, Milli Genbankın məlumat bazasının müasir informasiya texnologiyaları vasitəsilə daha da inkişaf etdirilməsi və dünya şəbəkələrinə inteqrasiyası üçün geniş imkan yaradır.

ICARDA tərəfindən institutun Milli Genbankına tarla bitkilərinin səciyyələndirmə məlumatlarını aparmaq üçün xüsusi tablet, barkod printeri və skanneri hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: