Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.02.2017 14:30
  • A-
  • A
  • A+

İctimai Elmlər Bölməsi üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri müzakirə edilib

İctimai Elmlər Bölməsi üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri müzakirə edilib

Fevralın 20-də AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin (İEB) növbəti büro iclası keçirildi.

Bölmənin büro üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan İEB-in akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova gündəlikdəki məsələlər barədə məlumat verdi.

Sonra bölmənin elmi-tədqiqat müəssisələrində 2016-2017-ci tədris ili üçün fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri müzakirə olundu.

N.Axundova dissertasiya mövzularının seçilməsi zamanı müvafiq elmi sahənin perspektiv inkişafı üçün əhəmiyyətli hesab edilən mövzulara üstünlük verilməsini tövsiyə etdi. Bildirdi ki, dissertasiya mövzuları müasir elmin qarşısında duran əsas tələb və vəzifələrə uyğun seçilməli, mühüm sosial-iqtisadi və mədəni-mənəvi əhəmiyyət kəsb etməlidir. 

Müzakirələrdən sonra qəbulun nəticələrinin təsdiqi və mövzuların Rəyasət Heyətinə təqdim olunması haqqında qərar qəbul edildi.

Sonda bır sıra kadr məsələlərinə baxıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: