AMEA Fiziologiya İnstitutunun direktoru vəzifəsini icra edən AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova təyin olunub.
İnstitutun Elmi Şurasının iclasında yeni direktor vəzifəsini icra edən U.Həşimova iştirakçılara təqdim olundu.
İclasda çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə institutun prioritet elmi istiqamətlərinin müəyyənləşməsi, bu istiqamətdə elmi tədqiqatların aparılmasının əhəmiyyətindən söhbət açıb. A.Əlizadə institutun yeni binasının tikilməsi, kadr potensialının yüksək səviyyədə hazırlanması və s. istiqamətdə görüləcək işlərdən də bəhs edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.