AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun İdarəetmənin nəzəri problemləri şöbəsinin müdiri, akademik Asəf Hacıyev 31 mart - 3 aprel 2017-ci il tarixlərində Banqladeş Xalq Respublikasında elmi ezamiyyətdə olub.
Səfər Banqladeşin Dəkkə Universitetinin dəvəti ilə baş tutub.
Akademik A.Hacıyev universitetdə “Ehtimal nəzəriyyəsinin müasir problemləri” mövzusunda mühazirələr oxuyub, birgə araşdırmaların aparılmasına dair müzakirələrdə iştirak edib.
Azərbaycanlı alim universitetin vitse-prezidenti, professor Arefin Sidque və professor Şibli Rubayat ilə də görüşüb. Görüşdə son illərdə əldə olunan mühüm elmi nəticələrə dair fikir mübadiləsi aparılıb.
Sonda akademik A.Hacıyev universitetin Fəxri diplomuna layiq görülüb.
Qeyd edək ki, Dəkkə Universiteti dünyanın ən böyük təhsil ocaqlarından biridir və universitetin rektoru Banqladeşin prezidenti Dr.Əbdül Həmiddir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.