Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Akif Əlizadənin 80 illik yubileyi münasibətilə sərgi təşkil olunmuşdur
25.02.2014 00:00
  • A-
  • A
  • A+

Akademik Akif Əlizadənin 80 illik yubileyi münasibətilə sərgi təşkil olunmuşdur

AMEA prezidenti, Əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı, akademik Akif Əlizadənin 80 illik yubileyi münasibətilə AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli alimin Azərbaycan və rus dillərində nəşr olunmuş kitabları və monoqrafiyalarından ibarət sərgi açılmışdır.

Sərgidə A.Əlizadənin əsərləri, həyatı, elmi-təşkilati və ictimai fəaliyyəti haqqında olan ədəbiyyatlar ayrıca bölmələr altında öz əksini tapmışdır. Həmçinin yubiliyarın əsərləri, həyat və fəaliyyətini əks etdirən nəşrlər, o cümlədən elmi redaktoru olduğu kitablar və müxtəlif illərdə məqalələrlə çıxış etdiyi qəzet və jurnallar həm ənənəvi, həm də virtual şəkildə nümayiş etdirilmişdir. Eyni zamanda yubiliyarın həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən videomateriallar da təqdim edilmişdir. Sərgi 15 gün müddətində nümayiş olunacaq.

Qeyd edək ki, MEK tərəfindən alimin həyat və fəaliyyətini əks etdirən şəxsi biblioqrafik göstərici nəşrə hazırlanmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: