AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda UNİCER özəl tam orta məktəbinin şagirdləri üçün ekskursiya təşkil olunub.
Elm və təhsilin inteqrasiyası çərçivəsində baş tutan ekskursiya zamanı məktəblilərə institutun tarixi və burada aparılan tədqiqat işləri barədə məlumat verilib.
Sonra elmi müəssisənin laboratoriyaları ilə tanış olan şagirdlər üçün müxtəlif əyləncəli və öyrədici təcrübələr əyani göstərilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.