Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Hacı Zeynalabdin Tağıyev haqqında yeni kitab çapdan çıxıb
06.06.2017 14:41
  • A-
  • A
  • A+

Hacı Zeynalabdin Tağıyev haqqında yeni kitab çapdan çıxıb

Görkəmli xeyriyyəçi-mesenat və ictimai xadim Hacı Zeynalabdin Tağıyevə həsr olunan "Hacı Zeynalabdin Tağıyev xatirələrdə"  adlı kitab "Xan" nəşriyyatında çapdan çıxıb.

Nəşrdə milyonçu-mesenat H.Z.Tağıyev haqqında iki bioqrafik oçerk, görkəmli ziyalıların, onun vəsaiti hesabına təhsil alan tələbələrin, həmçinin xeyriyyəçi ilə ünsiyyətdə olmuş insanların xatirələri toplanılıb.

Kitabın tərtibçisi, ön sözün və şərhlərin müəllifi AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarovdur.

Qeyd edək ki, bu kitab 2013-cü ildə F.Cabbarovun tərtib etdiyi H.Z.Tağıyev haqqında xatirələr toplusunun ikinci, təkmilləşdirilmiş nəşridir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: