Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.03.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Coğrafiya İnstitutunda Beynəlxalq Mülki Müdafiə Günü qeyd edildi

AMEA Coğrafiya İnstitutunda Beynəlxalq Mülki Müdafiə Günü qeyd edildi

AMEA Coğrafiya İnstitutunda 1 Mart Beynəlxalq Mülki Müdafiə Günü münasibətilə iclas keçirilib. Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzvə direktor müavini, coğrafiya üzrə elmlər doktoru Elbrus Əlizadə mülki müdafiə hazırlığının vacib tədbirlərdən olduğunu diqqətə çatdırıb və institutda bu istiqamətdə Mülki müdafiə qərargahının rəisi Namazəli Mustafayevin rəhbərliyi ilə işlərin həyata keçirildiyini bildirib.

Bu əlamətdar günün keçirilmə tarixi haqqında məlumat verən N.Mustafayev Beynəlxalq Mülki Müdafiə Təşkilatının 1972-ci il qərarı ilə hər il martın 1-i bütün qitələrdə kütləvi humanitar tədbir olaraq qeyd edildiyini söylədi. Azərbaycanın 1993-cü ildə bu beynəlxalq təşkilatın tərkibinə daxil olduğunu söyləyən N.Mustafayev bu günün “Mülki müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə hadisələrin qarşısının alınması mədəniyyəti” mövzusuna həsr edildiyini vurğulayıb.

Qərərgah rəisi bildirib ki, əsas məqsəd əhalinin təbii və texniki qəzalardan, partlayış və yanğınlardan mülki müdafiəsini, yanğın təhlükəsizliyini, istehsalat və nəqliyyat qəzalarından mühafizənin təşkili işi ilə məlumatlandırmaqdır: “İnstitutda mülki müdafiə sahəsində biliklərin təbliğinə yönəlmiş tədbirlərin keçirilməsində məqsədi əməkdaşların yarana biləcək fövqəladə hallara hazırlığını təmin etməkdir. O, əməkdaşların bu sahədəki bilik və vərdişlərinin daha da möhkəmləndirilməsi istiqamətində institutda mütəmadi olaraq hazırlıq dərslərinin keçirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə çixiş edən coğrafiya üzrə elmlər doktoru Rəna Qaşqay, Həmkarlar təşkilatının sədri, coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyev, aqrar elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyev və digərləri öz təklif və fikirlərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: