AMEA Rəyasət Heyətində AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti iclası keçirildi.
Bölmə üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan BTEB-in akademik-katibi, akademik Əhliman Əmiraslanov gündəlikdə duran məsələlər barədə məlumat verdi. Bildirdi ki, iclas AMEA Mikrobiologiya və Fiziologiya institutlarındadirektor seçkilərinə həsr olunub.
Ə.Əmiraslanov Fiziologiya İnstitutuna bu elmi müəssisənin Elmi Şurası adından direktor vəzifəsinə biologiya üzrə elmlər doktoru Ulduz Həşimovanın, Mikrobiologiya İnstitutuna isə akademik Məmməd Salmanovun namizədliyinin irəli sürüldüyünü bildirdi.
Tədbirdə akademik Seyfəddin Əliyev, AMEA-nın müxbir üzvləri Rafiq Qasımov,Novruz Quliyev, Pənah Muradov çıxış edərək U.Həşimova və M.Salmanovun institut direktoru vəzifəsini tutmaq üçün seçkilərə namizədliklərini dəstəklədilər.
Sonra U.Həşimova və M.Salmanov elmi-təşkilati fəaliyyətləri haqqında qısa məlumat verdilər.
Açıq səsvermə yolu Hesablama Komissiyası yaradıldı. AMEA-nın müxbir üzvüTofiq Məmmədov komissiyanın sədri, AMEA-nın müxbir üzvləri İbrahim Əzizovvə İlham Ələkbərov komissiyanın üzvləri seçildilər. Gizli səsvermə yolu ilə institutlara direktor seçkiləri keçirildi. Səsverməyə əsasən M.Salmanov Mikrobiologiya, U.Həşimova isə Fiziologiya İnstitutunun direktoru vəzifəsinə seçildilər.
Tədbirdə həmçinin Fiziologiya və Neft-Kimya Prosesləri institutları arasında elmi-tədqiqat işləri üzrə müqavilənin imzalanması məsələsi də müzakirə edildi. Müqavilənin institutlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi daşıyacağı vurğulandı.
Sonda bir sıra kadr məsələlərinə də baxıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.