Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.04.2014 00:00
  • A-
  • A
  • A+

31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş tədbir keçirildi

31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş tədbir keçirildi
1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakıda və quberniyanın müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstəsi xalqımıza qarşı soyqırım törətmişdir.

Bu gün AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının II Xüsusi şöbəsində 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş seminar-məşğələ keçirildi.

Tədbiri giriş sözü ilə açan şöbənin rəisi Eldar Quliyev 31 Mart tarixində baş vermiş hadisə haqqında söhbət açdı. O, həmin ildə ermənilərin Rusiyada yaranmış vəziyyətdən istifadə edərək bolşevizm bayrağı altında cinayətkar planlarını həyata keçirmək məqsədilə Bakıya daxil olaraq azərbaycanlıları vəhşicəsinə qətlə yetirdiklərini söylədi.

Ümummilli liderimiz H.Əliyevin 1998-ci ilin mart ayının 26-da imzaladığı Fərmanına əsasən, 31 mart tarixi azərbaycanlıların soyqırımı günü kimi qeyd edildiyini söyləyən Tarix İnstitutunun direktor müavini, t.ü.f.d. Cəbi Bəhrəmov hadisə ilə bağlı bir çox məqamlara toxundu. Bildirdi ki, hələ 50-60-cı illərdə görkəmli tarixçi-alim Əlövsət Quliyevin dövründə 200 illik maket hazırlanıb. Bu maketdə Azərbaycanın tarixi ərazilərinin tədqiqi ilə bağlı kompleks məlumatlar yer alıb. C.Bəhrəmov gələn il A.Bakıxanov adına Tarix İnstitutunun 80 illiyinin qeyd olunacağını da diqqətə çatdırdı. O, institutun 80 il ərzində apardığı elmi araşdırmalardan söz açaraq bildirdi ki, tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Azərbaycanın tarixi torpaqlarının ümumi sahəsi 440 000 kv km-dən çox olub.

Sonda məruzələr ətrafında fikir mübadiləsi aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
 
  • Paylaş: