“Azəryod” MMC-nin baş direktoru Rəşad Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda olub.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyevlə görüşdə Neftçala Yod-Brom Zavodunun tullantı sularından xörək duzu, həmçinin xlor və kaustik soda istehsalını reallaşdırmaq barəsində fikir mübadiləsi aparılıb.
Akademik Dilqəm Tağıyev Azərbaycan iqtisadiyyatının idxaldan asılılığını azaltmaq, qeyri-neft sektorunu inkişaf etdirmək və yerli istehsalı artırmağın dövlət başçısının daim diqqət mərkəzində olduğunu, bu istiqamətdə mühüm islahatların həyata keçirildiyini bildirib.
Yekunda birgə əməkdaşlıq haqqında razılıq əldə olunub.
Görüşdə, həmçinin institutun direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, şöbə müdiri, AMEA-nın müxbir üzvü Əli Nuriyev, aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru Zarema Cabbarova və “Azəryod” MMC-nin maliyyə direktoru Samir Aslanov da iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.