Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Şəki Regional Elmi Mərkəzində 31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı anım mərasimi keçirilib
01.04.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Şəki Regional Elmi Mərkəzində 31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı anım mərasimi keçirilib

Martın 31-də AMEA Şəki Regional Elmi Mərkəzində 1918-ci ilin mart və aprel aylarında Bakı, Şamaxı, Quba, Göyçay, Zəngəzur, Naxçıvan və Qarabağda ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımın ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan mərkəzin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Zəkəriyyə Əlizadə əsrin əvvəllərindən etibarən başlayan erməni fitnəkarlığı nəticəsində minlərlə soydaşımızın şəhid olduğunu, yüz minlərlə insanın öz ata baba yurdlarını tərk etmək məcburiyyətində qaldığını, kənd və şəhərlərin talan olunduğunu söyləyib. “Biz həmişə sülh tərəfdarı olsaq da, 1905-1906-cı, eləcə də 1918-ci və 1990-cı illərdə erməni vəhşiliyinə məruz qalmışıq. 1918-ci ilin martında, xüsusən Bakıdakı Bolşevik hökumətindən dəstək alan erməni dəstələrinin Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və başqa ərazilərdə dinc əhaliyə qarşı kütləvi soyqırımlar təşkil etmələri bir daha onların mənfur xislətlərini açıq göstərmişdir” - deyən professor Z.Əlizadə, hər bir vətəndaşın belə tarixi hadisələri unutmayaraq gələcək nəsillərə ötürməyə borclu olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən mərkəzin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Zərbalı Xəlilov erməni vandalizminin qurbanına çevrilən və şəhid olan soydaşlarımızın xatirəsinin daim yad edilməsinin vacibliyini ifadə edib.

Sonra çıxış edən natiqlər mart hadisələri zamanı həyatını itirmiş soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə aparılan təqdirəlayiq işlər haqqında məlumat verərək tariximizin bu qanlı səhifəsinin təbliğatı istiqamətində hər bir vətəndaşın qarşısında böyük vəzifələrin durduğunu bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: