Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.02.2018 12:00
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunun gənc alimləri mükafatlandırılıb

Aşqarlar Kimyası İnstitutunun gənc alimləri mükafatlandırılıb

AMEA-nın Aşqarlar Kimyası İnstitutunda (AKİ) 2 fevral – Gənclər Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə institutun direktoru, akademik Vaqif Fərzəliyev çıxış edərək gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasından danışıb. Akademik ulu öndər Heydər Əliyevin hər zaman gənclərə böyük diqqət və qayğı göstərdiyini, onların bilik və bacarıqlarını yüksək qiymətləndirdiyini söyləyib.

V.Fərzəliyev qeyd edib ki, ümummilli liderin 1997-ci ildə imzaladığı Sərəncamla 2 fevral Azərbaycanda Gənclər Günü elan edilib. Hazırda gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu vurğulayan akademik bildirib ki, tarixin bütün dönəmlərində elmi gənclik üzərinə böyük məsuliyyət düşüb. O, yaradılan imkanlardan institut gənclərinin daha çox faydalanmasını, bütün enerjilərini elmi səviyyələrinin, bilik və bacarıqlarının artırılmasına yönəltməyin vacibliyini vurğulayıb.

Sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev çıxış edərək akademiyanın elmi müəssisləri arasında gənclər üçün adlı mükafatın ilk dəfə AKİ-də təsis olunduğunu, bu günədək elmi fəaliyyəti ilə seçilən beş gəncə həmin mükafatın verildiyini qeyd edib. Ə.Sucayev bundan başqa, mütəmadi olaraq gənclər üçün həvəsləndirmə müsabiqələrinin keçirildiyini, qaliblərə diplom və pul mükafatlarının təqdim olunduğunu bildirib.

Tədbirdə institutun laboratoriya müdiri, professor Həqiqət Cavadova, müəssisənin Ağsaqqallar Şurasının sədri, dosent Nüsrət Əliyev, Həmkarlar Təşkilatının sədri, dosent Elxan İsakov və digərləri çıxış edərək gənclərlə öz təcrübələrini bölüşüblər.

Sonda akademik Vaqif Fərzəliyev ötən il elmi və ictimai fəaliyyəti ilə seçilən gənclərə təşəkkürnamələr təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: