Moskva şəhərində Rusiya Professorlar Cəmiyyətinin I Forumu keçirilib. Forumda “Müasir elmin və ali təhsilin problemləri: yeni çağırışlar” mövzusunda müzakirələr aparılıb.
Tədbirdə ölkəmizi AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov təmsil edib.
Qeyd edək ki, 2016-cı ilin noyabr ayında təsis edilən Rusiya Professorlar Cəmiyyəti 2017-ci ilin aprel ayında dövlət qeydiyyatından keçib. Cəmiyyət Rusiya Federasiyasının 73 subyektini və 138 universitetini təmsil edən 2000-dən artıq professoru birləşdirir. Həmçinin 30-dan artıq xarici dövlətlərin professorları bu qurumun üzvüdürlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.