Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.04.2018 15:42
  • A-
  • A
  • A+

“Elm günü”nün təsis edilməsi Azərbaycan elminə böyük diqqət və qayğının təcəssümüdür

“Elm günü”nün təsis edilməsi Azərbaycan elminə böyük diqqət və qayğının təcəssümüdür

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Elm günü”nün təsis edilməsi haqqında Sərəncamı Azərbaycan elminə böyük diqqət və qayğının təcəssümüdür” – bu sözləri aprelin 18-də keçirilən Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib. Akademik vurğulayıb ki, bu Sərəncama əsasən hər il martın 27-si Azərbaycan Respublikasında “Elm günü” kimi qeyd ediləcək.

AMEA rəhbəri bildirib ki, Prezident İlham Əliyevin cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq imzaladığı bu Sərəncam elm siyasətinin tərkib hissəsidir. Akademiya dövlət başçısının genişmiqyaslı islahatlarına, elm siyasətinə uyğun olaraq yeni-yeni uğurlar qazanıb. Belə bir tarixi günün təsis edilməsi AMEA qarşısında daha ciddi vəzifələr qoyur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: