Sentyabrın 25-də saat 21:35-də AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq.
Veriliş AMEA-nın M.Füzuli adına Əlyazmlar İnstitutunun elmi və elmi-təşkilati fəaliyyətinə, ölkəmizdə əlyazmaşünaslıq sahəsində əldə olunmuş nailiyyətlərə, o cümlədən qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.
Proqramın qonağı AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.