Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA-nın yeni açılmış Mərkəzi Kitabxanasında rusiyalı qonaqlarla görüş keçirilib
21.05.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-nın yeni açılmış Mərkəzi Kitabxanasında rusiyalı qonaqlarla görüş keçirilib

AMEA prezidenti, akademik Akif Əlizadə AMEA-nın yeni açılmış Mərkəzi Kitabxanasında rusiyalı qonaqları qəbul edib.

Rusiya Federasiyası prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə ilə görüşdə Rusiya-Azərbaycan mədəni əlaqələrinə dair müzakirələr aparılıb.

 

Sonra İnformasiya Resursları Mərkəzinin (İRM) direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova qonaqları Mərkəzi Kitabxana ilə tanış edib. Kitabxananın sərgi zalında dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilinə tərcümə edilmiş nəşrləri, Azərbaycan Milli Ensiklopediyasının Azərbaycan və rus dillərindən çap olunmuş ilk cildləri, Nobel mükafatı laureatlarının əsərləri qonaqların marağına səbəb olub.

L.İmanova ölkəmizin kitabxanaçılıq tarixində ən müasir avadanlıq və sistemlərin ilk dəfə məhz bu kitabxanada tətbiq olunduğunu bildirib, İnformasiya Resursları Mərkəzi və onun fəaliyyət perspektivləri haqqında məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: