Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

Biofizika İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib
16.04.2021 16:41
  • A-
  • A
  • A+

Biofizika İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib

AMEA-nın Biofizika İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib.

Tədbiri şuranın sədri, institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib. Diqqətə çatdırıb ki, AMEA Rəyasət Heyətinin 6 aprel 2021-ci il tarixli qərarı ilə Elmi Şuranın 9 nəfərdən ibarət yeni tərkibi təsdiqlənib.

İclasda əvvəlcə aprelin  14-də keçirilmiş doktorant və dissertantların attestasiyasının nəticələri müzakirə olunub və qənaətbəxş hesab edilib. Daha sonra 2020/2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planına uyğun olaraq Biofizika İnstitutuna qəbul olmuş doktorant və dissertantlarının dissertasiya mövzuları müzakirə edilərək təsdiqlənib.

Tədbirdə, həmçinin müəssisənin əməkdaşlarının “Elmi kadrlar” Milli İnformasiya Sistemində qeydiyyatı, institutun biophysics.az veb-portalının vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. 

Müzakirələrdə Milli Onkologiya Mərkəzinin laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Leylaxanım Məlikova, Biofizika İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradov və digərləri çıxış edərək məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: