Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  PUBLICATIONS

Ulu öndər Heydər Əliyevə həsr olunan kitabların müzakirəsi keçirilib
20.04.2021 10:20
  • A-
  • A
  • A+

Ulu öndər Heydər Əliyevə həsr olunan kitabların müzakirəsi keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi şöbəsi tərəfindən nəşr olunan “Bir millət – iki dövlət: fəlsəfi-tarixi təhlil” adlı monoqrafiyasının (f.e.d. Füzuli Qurbanov və t.e.d. Eynulla Mədətlinin həmmüəllifliyi ilə), “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq” toplusunun və s.e.ü.f.d., Məmmədağa Sərdarovun “Mahir siyasətçi, müdrik rəhbər (məqalələr və xatirələr)” kitablarının müzakirəsi keçirilib.

Tədbirdə çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi şöbəsinin uğurlu fəaliyyətindən danışaraq bildirib ki, ötən il ərzində şöbə əməkdaşları çox məhsuldar çalışıblar. Hər üç kitabın böyük zəhmət bahasına ərsəyə gəldiyini deyən alim nəşrlərin davamlı olmasını vurğulayıb, həmçinin sözügedən kitabların cəmiyyətdə yayılmasının, eləcə də xarici dillərə tərcümə edilməsinin vacibliyini söyləyib. İlham Məmmədzadə diqqətə çatdırıb ki, müzakirəsi keçirilən kitablarda müdrik siyasətçi, müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin siyasi irsinin müəyyən məqamları araşdırılıb.

Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli kitabların ideyası və ərsəyə gəlməsi barədə danışıb. Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi şöbəsinin fəaliyyəti və gələcək planları barədə məlumat verən E.Mədətli bu istiqamətdə işlərin davam etdiyini, yeni nəşrlərin hazırlandığını bildirib.

Sonda fəlsəfə elmləri doktorları Ziba Ağayeva, Əlikram Tağıyev, siyasi elmlər üzrə fəlsəfə doktorları Məmmədağa Sərdarov, Sənan Həsənov, fəlsəfə üzrə fəlsəfə doktorları Faiq Ələkbərov və Əli İbrahimov çıxış edərək nəşr olunan kitablar haqqında öz fikirlərini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: