Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

Ulu öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
06.05.2021 15:02
  • A-
  • A
  • A+

Ulu öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə AMEA-nın Qafqazşünaslıq İnstitutunda dəyirmi təşkil olunub.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Ulu öndər Heydər Əliyevin millət və dövlət naminə müstəsna xidmətlərindən danışıb.  Bildirib ki, 2003-cü ildən sonra biz ilk dəfə olaraq bu günü qalib millət və qalib dövlət olaraq qeyd edirik.

Müəssisənin elmi işlər üzrə direktor müavini s.e.d., dosent Ramilə Dadaşova, elmi katib dosent Südabə Hüseynova, Ermənişünaslıq şöbəsinin müdiri t.e.d. Qasım Hacıyev, Gürcüstanşünaslıq şöbəsinin müdiri f.ü.f.d., dosent Vahid Ömərov, Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay Feyziyeva və Həmkarlar Təşkilatının sədri Yeganə Baxşıyeva  çıxışlarında Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, qətiyyəti, uzaqgörənliyi sayəsində həm daxili həm xarici siyasətdə əldə etdiyi nailiyyətlərdən bəhs ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: