Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  PUBLICATIONS

Moldova Kitabxanası ilə MEK arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
08.05.2021 11:38
  • A-
  • A
  • A+

Moldova Kitabxanası ilə MEK arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Artıq uzun müddətdir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) xarici ölkələrin elmi kitabxanaları ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq sayəsində bir sıra elmi seminarlar, habelə kitabxanalar arasında kitab mübadilələri həyata keçirilir.

Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyindən Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olmuş məktubda səfir Qüdsi Osmanovun Moldova Elmlər Akademiyasının “Andrey Lupan” Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Konstantin Manolake ilə görüş keçirildiyi bildirilib. Sözügedən görüşdə AMEA Mərkəzi Elmi Kitabxanası ilə Moldovanın Mərkəzi Elmi Kitabxanası arasında əməkdaşlıq əlaqələrinin qurulması haqqında müzakirələr aparılıb, həmçinin AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyevin təşəbbüsü ilə hər iki kitabxana arasında əməkdaşlıq sazişinin imzalanmasının mümkünlüyü bildirilib.

Qeyd edək ki, iki kitabxana arasında müvafiq sənədin imzalanması gələcəkdə bu sahədə əməkdaşlığın möhkəmləndirilməsinə böyük töhfə verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: