Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

Fizika İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib
09.05.2021 12:23
  • A-
  • A
  • A+

Fizika İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib

AMEA-nın Fizika İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə müəssisənin baş direktoru, akademik Arif Həşimov dahi lider haqqında tarixi faktlara toxunub, onun AMEA-ya, eyni zamanda Fizika İnstitutuna göstərdiyi diqqət və qayğıdan danışıb, ümummilli liderin bir zamanlar institutu ziyarət etdiyini xatırladıb.

Yığıncaq çərçivəsində, həmçinin Fizika İnstitutunun əsas korpusunun girişində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 illik işğaldan sonra Azərbaycan torpaqlarının düşmən tapdağından azad olunmasına həsr edilən guşənin açılışı olub. Guşədə Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsinin fəlsəfəsini əks etdirən stendlər nümayiş etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: