Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

Fəlsəfə və Sosiologiya İnstitutunda ulu öndərin anadan olmasının 98-ci ildönümünə həsr edilən tədbir keçirilib
09.05.2021 14:56
  • A-
  • A
  • A+

Fəlsəfə və Sosiologiya İnstitutunda ulu öndərin anadan olmasının 98-ci ildönümünə həsr edilən tədbir keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən tədbir keçirilib.

Tədbiri institutun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə açaraq dahi siyasi xadimin ideyalarının Azərbaycan xalqına və dövlətçiliyimizə verdiyi töhfələrin əhəmiyyətinə dair təhlillər aparıb. O, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbənin tarixi siyasi əhəmiyyətinə nəzər yetirib, böyük zəfərin qazanılmasında ulu öndərin ideyalarının rolunu şərh edib.

Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edildiyini deyən alim bu sənəddən irəli gələn vəzifələrin alimlər qarşısında mühüm tələblər qoyduğunu diqqətə çatdırıb.

Sonra YAP Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov Yeni Azərbaycan Partiyasının mütərəqqi ideyalarının Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbədəki rolundan danışıb. O, ulu öndər Heydər Əliyevin hələ XX əsrin ortalarından müstəqilliyimiz uğrunda apardığı fədakar mübarizəsinin və dəmir iradəsinin Azərbaycan xalqının həyatındakı roluna nəzər salıb. Alim Yeni Azərbaycan Partiyasının sosial bazasındakı mütəşəkkilliyin Azərbaycanın parlaq gələcəyini təmin edən hədəflərə nail olmaq üçün ideoloji baza rolunu oynadığını bildirib.

Daha sonra fəlsəfə elmləri doktoru Azər Mustafayev, fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayev, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov və Qabil Camalov çıxış edərək bildiriblər ki, Azərbaycanın varlığı qədər əbədi olan Heydər Əliyev dühası hər birimizdən vətən təəssübkeşliyinin müqəddəsliyini dərk etməyi tələb edir. Qeyd olunub ki, Fəlsəfə və Sosiologiya İnstitutunun çoxsaylı ziyalı heyəti və ərazi partiya təşkilatının üzvləri bundan sonra da dövlət başçısının ideyaları ətrafında birləşməyi həmişə olduğu kimi özlərinin fəaliyyət proqrami kimi qəbul edəcəklər.

Tədbirdə, həmçinin fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalov, müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tünzalə Musayeva və partiya fəalı Leyla Həmidova institutun ərazi partiya təşkilatının İdarə Heyətinə üzv seçiliblər.

Daha sonra yığıncaq iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: