Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  IMPORTANT EVENTS

UFAZ tələbələri neft-qaz yataqlarının işlənməsi üzrə təcrübə keçir
16.05.2021 14:25
  • A-
  • A
  • A+

UFAZ tələbələri neft-qaz yataqlarının işlənməsi üzrə təcrübə keçir

AMEA-nın Neft və Qaz İnstitutunda Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrinin neft-qaz yataqlarının işlənməsi üzrə təcrübəsi davam edir.

İnstitutun Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri şöbəsinin müdiri, t.ü.f.d. Bünyad Kazımov tərəfindən Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri Həsənağa Abbaszadə və Niyazi Qədiri buraxılış işlərinin yerinə yetirilməsinə cəlb olunub. Həsənağa Abbaszadə “Karbohidrogen yataqlarının işlənilməsinin layihələndirilməsinin əsas prinsipləri və onların həyata keçirilməsi imkanları” və Niyazi Qədiri isə “Karbohidrogen yataqlarının işlənilməsinin ayrı – ayrı mərhələlər üzrə səciyyəsi və səmərəliliyinin təmin edilməsi imkanları” mövzusunda buraxılış işlərini yerinə yetirirlər.

Tələbələr təcrübə müddətində şöbədə yerinə yetirilən elmi-tədqiqat işinin mövzusuna uyğun olaraq süxurların reologiyası nəzərə alınmaqla karbohidrogen yataqlarının işlənilməsinin layihələndirilməsi və ehtiyatların idarə edilməsi üzrə yeni proqnoz üsullarının yaradılması ilə bağlı məsələlərin qoyuluşu haqqında müfəssəl nəzəri-təcrübi biliklər əldə edir, eyni zamanda həmin məsələlərin həllinə tətbiq edilən metodiki yanaşmalar və alınmış müvafiq həll və alqoritmlərin kompüterdə realizasiyası üzrə əməli bacarıqlara yiyələnirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: