Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  PUBLICATIONS

MEK tərəfindən xarici ölkələrə göndərilməsi üçün nəşrlər toplanır
25.05.2021 14:18
  • A-
  • A
  • A+

MEK tərəfindən xarici ölkələrə göndərilməsi üçün nəşrlər toplanır

Ölkəmizdə çap olunan elmi nəşrlərin xarici dövlətlərə göndərilməsi, Azərbaycan alimlərinin əsərlərinə xarici ölkələrdə tələbatın olması və təbliğ edilməsi dövlət tərəfindən Azərbaycan elminə verilən töhfənin bariz nümunəsidir. AMEA-nın Mərkəzi Elmi Kitabxanası görülən bu işlərə dəstək məqsədilə cari ildə beynəlxalq ölkələrə göndərilməsi üçün, akademiyanın elmi tədqiqat institutlarının (müəllif hüquqlarının qorunması nəzərə alınmaqla)  yeni nəşrlərinin MEK-ə təqdim olunması ilə bağlı müraciət edib.

Müraciətə əsasən, AMEA-nın Biofizika İnstitutundan 5, Genetik Ehtiyatlar İnstitutundan 11, Aşqarlar Kimyası İnstitutundan 3, Hüquq və İnsan Haqları İnstitutundan 20, Torpaqşünaslıq və Aqrokimya İnstitutundan 2, Şərqşünaslıq İnstitutundan 54 adda 104 nüsxə nəşr, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından 19 kitabın Azərbaycan və xarici dillərdə elektron variantı daxil olub.

Məqsəd ölkəmizin mədəniyyətini, tarixini, iqtisadiyyatını, coğrafiyasını, Dağlıq Qarabağ həqiqətlərini, Azərbaycanda əldə olunan elmi nəticələri ölkə hüdudlarından kənarda tanıdılmasına dəstək xarakteri daşıyır.

Həmçinin sözügedən nəşrlər MEK tərəfindən e-kataloqa daxil edilərək rəqəmsallaşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: