Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

Neft və Qaz İnstitutunun Elmi şurasının iclası keçirilib
25.05.2021 16:55
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Neft və Qaz İnstitutunun Elmi şurasının onlayn iclası olub.

İnstitutun direktoru, akademik Fəxrəddin Qədirovun əvvəlcə gündəlikdəki elmi-təşkilati məsələlər barədə məlumat verib.

İclasda t.ü.e.Yevgeniy Mamalovun "Yataqların qeyri-bircinsliliyinin lay daxili yanma prosesinə təsiri" mövzusunda məruzəsi dinlənilib. Məruzəçi aparılan elmi tədqiqat işi çərçivəsində laborator tədqiqatlar əsasında çox təbəqəli qeyri-bircins layların neft veriminin artırılmasında lay daxili yanma prosesinin tədbiqinin effektivliyi üzrə əldə edilmiş bir sıra yeni elmi nəticələri təqdim edib.

İclasda məruzə ətrafında müzakirələr aparılıb, mövzu üzrə tədqiqatların davam etdirilməsinin məqsədəuyğun hesab edilib.

Tədbirdə müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri  Pünhan Səmədli şuranın təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Neft-qaz problemləri və perspektivləri” mövzusunda elmi-praktiki konfransın yekunları haqqında danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: