Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Reaktiv və dizel yanacaqları laboratoriyası

Reaktiv və dizel yanacaqları laboratoriyası
Tel. (+994 12) 4902476  
Faks (+994 12) 4903520  
Elektron poçtu sey19inxp@rambler.ru  
Struktur bölmənin rəhbəri Əliyeva Səyyarə Qulam qızı

Texnika üzrə elmlər doktoru, b.e.i. 

İşçilərin ümumi sayı 12 
Əsas fəaliyyət istiqamətləri  Azərbaycan neftləri qarışığından və təkrar emal məhsullarından və həmçinin parafinli neftlərindən perspektiv tələblərə cavab verən mülkü və hərbi aviasiyada tətbiq edilən RT, Jet A-1, T-6 markalı reaktiv yanacaqlarının, АМГ hidravlik mayenin baza məhsulunun və ekoloji zərərsiz Evro–3, 4 və 5-in tələblərinə cavab verən dizel yanacaqlarının alınması və istismar xasssələrinin aşqarlarla yaxşılaşdırılması istiqamətində elmi tədqiqat işləri aparılır 
Əsas elmi nəticələri Aparılan elmi-tədqiqat işlərinin nəticələri 2004-cü ildə H. Əliyev adına Bakı NEZ-də “Katalitik krekinq” qurğusunun 100 saylı hidrotəmizləmə bölməsində tətbiq olunmuşdur. Müəssisə bu texnoloji prosesin tətbiqindən ildə 9,0 milyon manat gəlir əldə edir. 2006-cı ildə “Azərneftyağ” NEZ-də “Azdövrlü və orta dövrlü” DT markalı dizel yanacağının “İstehsal texnologiyası” işlənib hazırlanmış və tətbiq olunmuşdur. RT markalı reaktiv yanacağının Г-43 107 M qurğusunun 100 saylı hidrotəmizləmə bölməsində alınmasının texnoloji reqlamenti hazırlanmış və zavoda təqdim olunmuşdur. Həmçinin АМГ -10 hidravlik yağının baza məhsulun parafinli neftlərindən ətraf mühitə zərər verməyən yeni ekoloji təmiz texnologiya ilə alınması işlənib hazırlanmış və Respublika patenti ilə təsdiq olunmuşdur.