Azərbaycan neftlərinin və neft fraksiyalarının tərkibində olan təbii antioksidantların aktivliyi tədqiq edilmiş və Azərbaycan ərazisi üzrə neftlərin inhibitor aktivliyinə dair məlumat bankı yara-dılmışdır. Karbohidgenlərinin və polimerlərin aero-bik oksidləşmə proseslərində nano–karbon birləş-mələri - fullerenlər C60və C70, metal saxlayan çox- və təkdivarlı karbon nanoborular, nanoliflər, funksionallaşdırılmış karbon nanostrukturlar katali-zator və anti-katalizator kimi tətbiq və tədqiq edilmiş, sintetik neft turşuları və oksiturşuların təkmilləşdirilmiş alınma prosesi işlənib hazırlan-mışdır. Nanoölçülü titan dioksidlərin iştiraki ilə efirlərin ekoloji təmiz və səmərəli alınma prosesi təklif edilmişdir.
Beş və altı üzvlü alitsiklik karbohidrogenlərin tsikloolefinlərə qismən dehidrogenləşməsi üçün müvafiq katalizatorlar seçilmişvə reaksiyaların qanunauyğunluqları müəyyən edilmişdir.
Tsikloheksan karbohidrogenlərinin polialkilbenzollara dehidrodisproporsiallaşması və С1-C3 biratomlu spirtlarlə dehidroalkilləşməsi prosesləri üçün katalizatorun seçilməsi əsaslandırılmış və prosesin getmə qanunauyğunluqları müəyyən edilmişdir.
Beş və altı üzvlü alitsiklik ketonların təcrübi-sənaye qurğularında istehsalı təşkil olunmuşdur.
Bu ketonların müvafiq laktonlara oksidləşdirilməsi qanunauyğunluqları öyrənilmiş və laktonların təcrübi-sənaye qurğularında istehsalı təşkil olunmuşdur.
Doymamış mono- və bitsiklik karbohidrogen-lərin oksidlərə, ketonlara, spirtlərə (bir və ikiatomlu) maye fazada oksidləşməsi üçün katalizatorlar seçilmiş və proseslərin getmə qanunauyğunluqları öyrənilmişdir.
Mono- və politsiklik doymamış və alkenilaromatik karbohidrogenlərin oksigen-, halogen-, və azotsaxlayan birləşmələrə induktiv funksiollaşdırıl-masının əsas qanunauyğunluqları öyrənilmişdir.
Nikelarilditiofosfat əsasında polietilenin qocal-masına qarşı “Stanaz” adlı polifunksional stabilizator yaradılmışdır.Onun əsasında sənaye miqyasın-da polietilen kompozisiyası və antistatik, tempera-tura və işıq şüasına qarşı davamlı, UB şüaları özün-dən yüksək effektlə keçirən polietilen örtüyü isteh-sal edilmiş və kənd təsərrüfatında yüksək iqtisadi səmərəliklə istifadə edilmişdir.
Müxtəlif molekul kütləsinə və mikroquruluşa malik polibutadienlerin alınması prosesləri üçün dünya təcrübəsində analoqu olmayan 4 yeni nikel və kobalt tərkibli bifunksional katalitik ditiosistem-lər yaradılmışdır:
-Nikel tərkibli katalitik ditiosistemlər:
Nikelin üzvi ditiotörəmələri (ditiofosfatlar, ditio-karbamatlar və ya ksantogenatlar) + alkilalüminium halogenidlər (monoxloridlər və ya seskvixloridər ). Bu katalitik sistemlər aşagı molekul kütləli 1,4-sis polibutadienin (SKDN-N maye kauçuklarının analoqu) alınma proseslərində istifadə olunur. Alınmış kauçuk lak –boya sənayesində örtük əmələ gətirici kimi istifadə olunur;
- Kobalt-ditiofosfat katalitik sistemləri:
Kobaltın üzvi O.O- ditiofosfatları (KTF-Co və ya DİPDTF-Co) + alkilalüminium halogenidlər (mono- və ya seskvixloridlər). Bu katalitik sistem-lər tərkibində 92-95%-dən artıq 1,4-sis manqaları olan yüksək molekul kütləli 1,4-sis polibutadienin alınması prosesində istifadə olunur. Bu tip kau-çuklar şin, rezin-texniki məmulatlar sənayesində və zərbəyə davamlı polistirollar istehsalında istifadə olunurlar;
- Kobalt-ditiokarbamat katalitik sistemləri:
Kobaltın N,N-ditiokarbamatları (DEDTK-Co)+ alkilalüminium halogenidlər (mono- və ya seskvi-xloridlər). Bu katalitik sistemlər tərkibində 35%-ə qədər 1,2- manqaları olan yüksək molekul kütləli 1,4-sis polibutadienin alınması prosesində istifadə olunur. Bu tip kauçukları şin sənayesində butadien-stirol kauçukunun əvəzedicisi kimi və həmçinin zərbəyə davamlı polistirollar istehsalında istifadə edirlər;
- Kobalt-ksantoqenat katalitik sistemləri:
Kobalt ksantoqenatlar (BuKs- Co)+ trialkilalümini-um (TİBA və ya TEA). Bu katalitik sistemlər yüksək molekul kütləli və müxtəlif kristallıq dərə-cəsinə malik olan sindiotaktik 1,2-polibutadienin alinması proseslərində istifadə olunurlar. Bu tip polimerlər işıq təsirindən parçalanma xassəsinə malik olmaqla birdəfəlik istifadə olunan tibbi ləvazimatlar (qan və sistem köçürmə üçün və s.), idman ayaqqabıları sənayesində və bioparçalanan örtüklərin, qablaşdırıcıların və s. məhsulların hazır-lanmasında istifadə olunurlar.
İşlənib hazirlanmış nikel və ya kobalt tərkibli bifunksional katalitik ditiosistemlərin sənayedə istifadə olunan katalitik sistemlərdən mühüm fərqi ondan ibarətdir ki, onlar daha yüksək katalitik aktivliyə malik olmaqla yanaşı eyni zamanda polibutadienlərin saxlanması, emalı və istismarı zamanı yuksək effektliyə malik stabilləşdirici kimi və həmçinin rezin məmulatlarının hazırlanmasında vulkanlaşmanın gücləndiriciləri kimi istifadə oluna bilər. Buna görə də bu katalitik sistemlərin istifadəsi zamanı alınmış polibutadienlərin tərki-bindən katalizator qalıqlarının yuyulması və polimerlərə çox baha olan antioksidantların əlavə edilməsinə ehtiyac qalmır. Bu tip bifunksional katalizator – stabilləşdiricilərin istifadəsi ekoloji cəhətdən daha təmiz sənaye proseslərinin yaradıl-masına imkan verir.Bu katalizatot-stabilləşdiricilər Yefremov Sintetik kauçuk zavodu (YSKZ) (Yefremov ş., Tula vilayəti, Rusiya)), Petkim Petrokimiya Holdinq A.Ş. firmasında (İzmir, Türkiyə) geniş miqyasda sınaqdan keçirilmiş və YSKZ-də sənaye miqyasında maye kauçuk istehsalında istifadə edilmişdir. Sübut olunmuşdur ki, alınmış maye kauçukun katalizator qalıqların-dan qələvi məhlulu və ya su ilə yuyulmasına ehtiyac qalmır.
Kobalt-ditiofosfat tərkibli katalitik sistemlərinin iştirakı ilə yüksək molekul kütləlı 1,4-sis polibuta-dienin alınması prosesi də, “YSKZ” S.C. (Rusiya) və Petkim firmasında (İzmir, Türkiyə), təcrübi-sənaye və sənaye miqyasında müvəffəqiyyətlə sınaqdan keçirilmişdirlər.
Bu katalizatorun iştirakı ilə yüksək molekul kütləli 1,4-sis polibutadienin alınması prosesində polimerdən katalizator qalıqlarının yuyulması və ona antioksidant əlavə etməklə stabilləşdirmə mərhələləri aradan qalxır ki, bu da son nəticədə ekoloji mühitin əhəmiyyətli dərəcədə yaxşılaş-masına gətirib çıxarır.
- Kobalt-ditiokarbomat katalitik ditiosistemləri tərkibində 35%-ə qədər 1,2 manqaları olan yüksək molekul kütləli 1,4-sis polibutadienin alınması prosesində istifadə olunur. Bu polimer JSR firması-nın (Yaponiya) istehsal etdiyi polimerin analoqu olmaqla şin sənayesində butadien-stirol kauçuku-nun əvəzedicisi kimi, həmçinin zərbəyə davamlı polistirolların alınmasında istifadə olunur.
Kobalt-ksantegenat katalitik sistemləri müxtəlif kristallıq dərəcəsinə malik yüksək molekul kütləli sindiotaktik 1,2-polibutadienin alınması prosesində istifadə olunur. Bu kristall quruluşlu polimerlər JSR və UBE POL firmalarının (Yaponiya) işləyib hazırladıqları işıq təsirindən parçalanma qabiliyyəti olan kristallik polimerlərin analoqudur və onlar birdəfəlik istifadə olunan tibbi ləvazimatların hazır-lanmasında, idman ayaqqabıları sənayesində, müx-təlif plyonklaların, qablaşdırıcıların, və s. isteh-salında istifadə olunurlar.
Etil- və polietilkarbonatların alınması üçün metal-ların tsiklik alkilfenolyatları əsasında yeni tip katalizator yaradılmışdır. Motor yağlarına özlülük aş-qarları – polialkilakrilatların alınması üçün yeni tip iniferterlər yaradılmış və sınaqdan keçirilmişdir.
Bərpa olunan mənbə və neft turşuları əsasında reaktiv və dizel yanacaqları üçün yararlı karbohid- rogen komponentlərinin və ali daxili olefinlərin alınması. |