Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  3 saylı şöbə

3 saylı şöbə
Tel. (+994 12) 5397217,

(+994 50) 3484746

Faks  
Elektron poçtu tfataliyev@gmail.com,

depart3@iit.science.az

Struktur bölmənin rəhbəri Təhmasib Xanəhməd oğlu Fətəliyev
İşçilərin ümumi sayı 10
Əsas fəaliyyət istiqamətləri 

- Elektron elmin və elmmetriyanın formalaşmasının elmi-nəzəri problemləri;

- Vətəndaş elminin formalaşmasının elmi-nəzəri və praktiki problemləri;

- Süni intellekt və sosioinformasiya texnologiyaları problemləri.

Əsas elmi nəticələri

- E-elmin müasir elmi-nəzəri və praktiki problemləri tədqiq edilmiş, Respublikada formalaşdırılmasının konseptual modeli işlənmişdir;

- Elmin informasiya təminatının formalaşdırılmasında e-elmin rolu tədqiq olunmuş, müxtəlif təyinatlı informasiya sistemləri və e-resursların yaradılması prinsipləri işlənmişdir;

- Elmi tədqiqatçı, jurnal və qurumların fəaliyyətinin qiymətləndirilməsi üçün indeks və metodlar təklif edilmişdir;

- Azərbaycan Elmi İstinad İndeksinin yaradılmasının konseptual məsələləri işlənmişdir;

- E-elmin təhlükəsizliyinin təmin edilməsi məsələləri araşdırılmış və effektiv mühafizəsi üçün təhlükəsizlik mexanizmləri işlənmişdir;

- E-elm infrastrukturunun enerji təhlükəsizliyi məsələləri araşdırılmış, fasiləsiz və səmərəli fəaliyyətini təmin edən arxitektura təklif edilmişdir;

- E-elm mühitinə kiber-fiziki sistemlərin inteqrasiyası məsələləri tədqiq olunmuş və effektiv həlləri təqdim olunmuşdur;

- E-elmin yeni istiqaməti kontekstində formalaşan vətəndaş elminin inkişafında e-elmin rolu analiz edilmiş, onun elm sahələrinin inkişafına təsiri göstərilmişdir;

- Vətəndaş elmi layihələrinin formalaşdırılmasının ümumiləşdirilmiş konseptual modeli işlənmişdir;

- Neft-qaz kompleksinin Industry 4.0 konsepsiyası əsasında işləyən videonəzarət sisteminin yaradılmasının konseptual modeli işlənmiş və kompleksin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün  tövsiyələr verilmişdir;

- Industry 4.0 konsepsiyası əsasında işləyən sistemlərdə fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi məsələləri tədqiq olunmuşdur;

- Süni intellekt texnologiyalarının neft-qaz kompleksində tətbiqinin konseptual məsələləri işlənmişdir.