Tel. | (+994 12) 5394125 | |
Faks | (+994 12) 5107442 | |
Elektron poçtu | laboratory_10@kqki.science.az | |
Struktur bölmənin rəhbəri | ||
İşçilərin ümumi sayı | 15 | |
Əsas fəaliyyət istiqamətləri | Təbii ehtiyatları çox olan qeyri-filiz xammalının (gillər, dolomit, bentonit, kalsit və s.) emal proseslərinin fiziki-kimyəvi əsaslarının işlənib hazırlanması. | |
Əsas elmi nəticələri | Zəngin təbii ehtiyata malik Filizçay polimetal sulfid filizinin bir neçə variantda (selektiv konsentratlar almaqla, oksigen və kükürd qazı mühitində avtoklav həllolma,xlorlaşdırıcı qov-ma, aşağı və yüksək temperaturlu sulfatlaşdırıcı yanma və s.) işlənməsinin elmi əsasları və texnoloji sxemi işlənib hazırlanmışdır. Təklif olunan texnologiya bir sıra makroelementlərin (Fe, S, Cu, Zn, Pb) və qiymətli mikroelementlərin (Ga, İn, As, Ag, Cd) çıxarılmasını təmin edir. Əlvan metallurgiya və qaz sənayesinin kükürd tərkibli zərərli qazlarından (SO2, H2S, CoS, CS2) metan və onun konversiya məhsulları ilə (CO+H2) termiki və katalitik üsulla reduksiya etməklə, ətraf mühitin mühafizəsini təmin edən qiymətli xammal olan sərbəst kükürdün alınması texnologiyası işlənib hazırlanmış və RF–nin Norilsk metallurgiya kombinatının mis zavodunda tətbiq olunmuşdur. İstilik elektrik stansiyalarında mazutun yandırılması zamanı alınmış kül qalığından qiymətli metal-vanadiumun (V2O5 şəklində) çıxarılması işlənib hazırlanmışdır. Metanı su buxarı və karbon qazı ilə konversiya etməklə sintez qazın alınması prosesi üçün effektiv metalseolit katalizatorları işlənib hazırlanmışdır. Respublika ərazisində zəngin təbii ehtiyatlara malik gil və dolomit süxurlarını emal etməklə müvafiq olaraq qiymətli məhsulların Al2O3, Al2(SO4)3, Na2SO4, K2SO4, MgO, MgCl2, CaO, CaCl2 alınması prosesi işlənib hazırlanmışdır. |