Tel. | (+994 12) 5108592 | |
Faks | (+994 12) 5107442 | |
Elektron poçtu | laboratory_19@kqki.science.az | |
Struktur bölmənin rəhbəri | Asif Nəsib oğlu Məmmədov
k.e.d., professor |
|
İşçilərin ümumi sayı | 9 | |
Əsas fəaliyyət istiqamətləri | Dəmir və titan tərkibli filiz xammalının emalı, poladəritmə və ovuntu metallurgiyası üçün metallaşmış dənəvərlər, dəmir ovuntularının alınması və digər qiymətli komponentlərin çıxarılması prosesinin tədqiqi. | |
Əsas elmi nəticələri | Daşkəsən dəmir filizlərinin əsaslı və kompleks zənginləşdirilməsi, maqnetit superkonsentrat¬larının dənəvərləşdirilməsi və onların metallaşmış dənəvərlər və dəmir ovuntuları almaqla təbii qazla bilavasitə reduksiyası; dəmir ovuntusu ilə yanaşı, “süni rutil”, xrom birləşmələri, γ--Al2O3, yüksək təmizlikdə V2O5 almaq və işlənilən reagent¬ləri regenerasiya etməklə səpələnmiş sahil, şelf və əsas intruziv titanmaqnetitlərin kompleks emalı; Cənub Daşkəsən yataqlarının dərin qatlarındakı sulfidli maqnetit filizlərinin yüksək keyfiyyətli maqnetit superkonsentratı (70 % Fe) və mis-kobalt flotasiya konsentratı almaqla kompleks zənginləşdirilməsi; yeni aşkar edilmiş Acınohur titanmaqnetitli qum daşlarının kompleks emalı nəticəsində dəmir ovuntuları və titan birləşmələri almaq üçün titanmaqnetit konsentratlarının alınması, dənəvərləşməsi və reduksiyası, həmçinin sənaye tullantılarının səmərəli istifadəsi prosesləri işlənib hazırlanmışdır. Azərbayca¬nın qara metallurgiyasının inkişaf konsep¬siyası işlənib və hökümət tərəfindən qəbul edilmişdir. Filizin bütün mərhələlər üzrə səmərəli emalı və sənaye miqyasında sınaqdan keçirilməsinin nəticələri əsasında yerli xammaldan 1 mln. ton polad istehsalı kompleksinin layihəsi Almaniyanın “Fer-rostaal” metallurgiya şirkəti ilə birlikdə hazırlanmışdır. |