Tel. | (+994 50) 4308231, (+994 12) 5108592 |
|
Faks | (+994 12) 5107442 | |
Elektron poçtu | laboratory_24@kqki.science.az | |
Struktur bölmənin rəhbəri | İltifat Urşan oğlu Lətifov
Kimya elmləri doktoru, baş elmi işçi |
|
İşçilərin ümumi sayı | 9 | |
Əsas fəaliyyət istiqamətləri | Keçid metallarının alkiltsiklopentadienil və digər oxşar liqandlarla yeni metal-üzvi birləşmələrinin sintezi və onların əsasında nanokompozitlərin alınması. | |
Əsas elmi nəticələri | Alkiltsiklopentadienil liqandı əsasında keçid metalların sendviç tipli, həmçinin bir- və ikinüvəli tsiklopentadienilkarbonil komplekslərinin alınması üsullarının işlənilməsi, sintez olunmuş komplekslərin quruluşuna və reaksiya-girmə qabiliyyətinə metal atomunun elektron konfiqurasiyasının, tsiklopentadienil həlqəsində yerləşmiş alkil qruplarının təbiətinin və sayının, həmçinin metal atomu ilə birləşmiş karbonil qruplarının təsirinin öyrənilməsindən ibarətdir. Alkil qrupu kimi metil-, etil-, izopropil- və üçlü-butil qruplarından, keçid metal kimi manqan, renium, dəmir, kobalt, rodium, xrom, molibden və volframdan istifadə olunmuşdur.
1. Dəmir və kobaltın sendviç tipli ditsikl-opentadienil komplekslərinin benzolla mübadilə reaksiyası üzrə bu metalların benzoltsiklopentadienil kompleksləri alınmışdır. Göstərilmişdir ki, bu üsul onların Qrinyar üsulu ilə sintezindən daha əlverişlidir. Alınmış komplekslər İQ- və 1H NMR spektroskopiya üsulu ilə xarakterizə olunmuşlar. 2. Litiumüzvi birləşmələrin köməyi ilə, həmçinin kalium-permanqanatla oksid-ləşmə yolu ilə metilmetallosenlərin çevrilmələri ilə ferrosenlə kobaltisiniumun monokarbon turşuları alınmışdır. Onların dissosiasiya sabitinin qiymətlərində, həmçinin hər bir sıra üzrə dəyişməsində müşahidə olunan fərqli xüsusiyyətlər kobaltisinium sistemində yaranmış əlavə müsbət yüklə izah edilmişdir. 3. Kobaltisiniumun və ferrosenin mono-karbon turşularının dissosiasiya sabitinin dəyişməsində müşahidə olunan ümumi cəhət metil qrupunun tsiklopentadienil həlqəsi ilə siqma rabitə ilə yanaşı, həlqənin pi-sistemi vasitəsi ilə də qismən qoşulmuş halda olduğunu göstərir. 4. Tsiklopentadiyenil anionunun metil homoloqları 13C NMR metodu vasitəsilə tədqiq olunmuş və müəyyən edilmişdir ki, pentametiltsiklopentadiyenil həlqəsində qonşu metil qruplarının bir-birinə nəzərən C–C rabitəsi ətrafında fırlan-ması, heksametilbenzoldan fərqli olaraq, tam sərbəst şəkildə baş verir. |