Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Radiasiya Problemləri İnstitutu

Radiasiya Problemləri İnstitutu

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Veb-sayt irp.science.az  
Ünvan AZ1143, B.Vahabzadə küç., 9, Bakı şəhəri, Azərbaycan Respublikası
Tel. (+994 12) 5393391
Faks (+994 12) 5398318
Elektron poçtu

mustafayev.islam001@gmail.com

imustafayev@mail.ru

Baş direktor AMEA-nın müxbir üzvü İslam İsrafil oğlu Mustafayev
İcraçı direktor

 

   

F.r.f.d., dos. Rəvan Nadir qızı Mehdiyeva

Xidməti tel.: (+994 12) 5383224, (+994 12) 5100592

Mob. tel.: (+994 51) 8209405

Faks: (+994 12) 5398318

E-poçt: ravan.m.n@rambler.ru 

Elmi katib f.r.e.n., dos. Musa  Abduləli oğlu Nuriyev

Xidməti tel.:  (+994 12) 5383224

Mobil tel.: (+994 50) 3642217

E-poçt: musa_nuriev@mail.ru 

Yaranma tarixi 

AEA-nın Radiasiya Tədqiqatları Sektoru - SSRİ Dövlət Elm Komitəsinin 21 may 1969-cu il tarixli 27 saylı, AEA RH-nin 20 iyun 1969-cu il tarixli qərarları

AMEA-nın Radiasiya Problemləri İnstitutu -  AR Nazirlər Kabinetinin 81 saylı 21 may 2002-ci il tarixli,  AMEA-nın 3 iyun 2002-ci il tarixli 13/1 saylı qərarları

Əsas fəaliyyət istiqamətləri

1.Radiasiya təhlükəsizliyi

2.Radiasiya materialşünaslığı

3.Radiasiya texnologiyaları

4.Ekoloji təmiz energetika

Əsas elmi nəticələr

I problem: radiasiya təhlükəsizliyinin elmi əsasları, radioaktiv material və maddələrin təbiətdə paylanması ilə əlaqəli ekoloji problemlər

1. İşğaldan azad olunmuş Cəbrayıl, Ağdam və Tərtər rayonları ərazilərində pestisidlərin son istifadəsindən 29 ildən çox vaxt keçməsinə baxmayaraq torpağın üst səthində 4,4’ DDT və onun parçalanma məhsulları olan 4,4’ DDE və 4,4’ DDD-nin qalıqlarının mövcud olduğu müəyyən edilmişdir. Ən yüksək  konsentrasiya Ağdam rayonu ərazisindən götürülən torpaq nümunəsində (uyğun olaraq 4,4 DDE -143,748 µq/kq və 4,4 DDT - 7,553 µq/kq)  müşahidə olunur. İşğal dövründə Zəngilan rayonu ərazisində qanunsuz mədən fəaliyyəti nəticəsində ətraf mühitin ağır metallarla çirkləndiyi aşkar edilmişdir.

2. İşğaldan azad olunmuş Kəlbəcər rayonunun İstisu ərazisində sularda radonun qatılığı təyin olunmuşdur. “Aşağı İstisu” ərazisinə yaxın yeni qazılmış artezian quyusunun termal sularında radioaktiv radonun konsentrasiyası Yol verilən həddən kiçikdir. Bağırsağ kəndində Dəlidağ silsiləsinin qərb dağətəyində isə soyuq və termal sularda radioaktiv radonun konsentrasiyası YVH-dən 100 dəfələrlə çoxdur və bu sular içmək üçün yararsızdır. Bu ərazidə radioaktiv fonun qiyməti də YVH-dən 15 dəfəyədək yüksəkdir.

3. İşğaldan azad edilmiş ərazilərin bəzi ağac bitkilərinin yarpaqlarında paramaqnit mərkəzlər öyrənilmişdir. Elektron Paramaqnit Rezonans (EPR) spektroskopiyası tədqiqatları əsasında məlum olmuşdur ki, ekoloji çirklənmə bitkilərdə maqnitlənmə effektinin yaranmasına səbəb olur.

4. Payızlıq “Tərtər” və “Günəşli” buğda sortlarından olan toxumlar 100-200 Gy şüalandırıldıqdan  sonra sink hipoksanthin-9-ribozid kompleksinin 0,1; 0,01; 0,001%-li qatılıqlı məhlulları ilə işlənməsi cücərtilərdə piqmentlərin biosintezini sürətləndirmiş və nəticədə məhsuldarlıq (sünbüllərin uzunluğu, dənlərin sayı və çəkisi) buğdanın Tərtər sortunda 14-15%, Cünəşli sortunda isə 18-20 % artmışdır.

5. Səpindən əvvəl toxumların γ-şüalarla 5-10 Gy dozalarda işlənməsi daha məhsuldar, yüksək lif çıxımlı, uzun lifli və qozada pambığın kütləsinin daha yüksək olduğu nümunələr yetişdirməyə imkan verir.

II problem: yarimkeçirici, polimer, dielektrik  nano-sistemlərdə ionlaşdırıcı şüaların təsiri altinda baş verən fiziki və kimyəvi proseslər, onların xassələrinin məqsədyönlü idarə olunması, radiasiyaya  davamlılığının  artırılması və ionlaşdırıcı şüa qəbuledicilərin hazırlanması

1. TlSe1-xSx bərk məhlulunda radiasiya ilə stimullaşdırılmış superion fazaya keçid müşahidə olunmuşdur. Göstərilmişdir ki, aşağı tezlik oblastında TlSe1-xSx bərk məhlulunun impedans qodoqraf  Z//(Z/) asılılığında müşahidə olunan xüsusiyyət, ikiqat elektrik layı oblastinda yük yığılması nəticəsində həm elektrod yaxınlığında tutum polyarızasıyasının, həm də polyarizasiya müqavimətinin olması ilə əlaqədardır. Alınan nəticə, qamma şüalanması ilə əldə olunan Varburq diffuz impedansı kimi tanınan xətti diffuziya impedansını modelləşdirir.

2. Monokristal quruluşlu TlInS2<10%C> birləşməsi impedans spektroskopiyası metodu ilə araşdırılmış, otaq temperaturundan yüksək temperaturda keçiriciliyin əsasən ion təbiətli və şüalanma dozasından asılı olduğu müəyyən edilmişdir. Belə ki, şüalanmadan əvvəl elektrik keçiriciliyində ion payı  63%,  200-800 kGy şüalanmadan sonra isə 79% təşkil edir. Aktivləşmə enerjilərinin qiymətləri dozanın artması ilə  ∆Еa1 = 0.54eV, ∆Еa2 = 0.32eV ∆Еa3 =0,22 eV -a bərabər qiymətlər almışdır. Şüalanmanın ion keçiriciliyinə stimullaşdırıcı təsiri atomlar arası rabitələrin qırılaraq Tl+ ionlarının ion keçiriciliyində əsas rol oynaması ilə bağlıdır.

3. Termik buxarlanma üsulu ilə alınmış 1-5 mkm qalınlıqlı GaS nazik təbəqələrinin elektrik, optik və fotoelektrik xassələrinin qamma kvantların təsiri ilə modifikasiyası aparılmış və kritik dozadan aşağı dozalarda termik dəmlənmış amorf  təbəqələrdə radiasiya defektləri hesabına qırılmış rabitələrin (Ga-S, Ga-Ga, S-S ) bərpası nəticəsində radiasiyaya davamlılığın artdığı müəyyən edilmişdir. Göstərilmişdir ki, radiasiya ilə modifikasiya olunmuş bu materiallar fotoçevirici kimi Günəş panellərində uğurla istifadə oluna bilər.

4. İfrat yüksək tezlikli elektromaqnit dalğaları uducularının alınması məqsədi ilə  PVDF/nano-Fe3O4 , YSPE/nano-Fe3O4 və PVS/nano- Fe3O4 kompozitlərinin strukturu və elektrofiziki parametrlərinə temperatur və radiasiyanın təsiri müasir  analiz metodları ilə (SAXS, XRD, FTİR, DCK, TGA) tədqiq edilmişdir. Müəyyən olunmuşdur ki, kompozitlərin  50-300 kGy doza intervalında şüalanması elektrofiziki parametrlərin (ε, tgδ və r) qiymətlərini çox az dəyişir, bu da kompozitlərin g-şüalanmaya daha çox davamlı olmasını göstərir. Nano doldurucu, matrisa ilə müqayisədə kompozitin termik davamlılığını ~30K artırır.

5. Ilkin PVS, şüalandırılmış PVS və PVS/CdS nanokompozitlərinin ρ xüsusi müqavimətinin temperatur [lgρ=f(1/T)] asılılıqlarının müqayisəli analizi, 5 və 10 tsikldə formalaşdırılaraq 200 kGy dozada işlənmiş nanokompozitlərdə radiasiya tikilmələri nəticəsində polimer zəncirlərinin mütəhərrikliyinin azalması səbəbindən onların temperatur davamlılığının şüalanmış polimerə nisbətən ~20-22K, ilkin polimerə nisbətən isə ~40K artdığını göstərir. PVS/CdS nanokompozitlərinin temperatur davamlılığının artması onların elekrotexniki materiallar qismində istismar xüsusiyyətlərinin kifayər qədər yaxşılaşması kimi qiymətləndirilə bilər.

6. Polimer əsaslı plastifikatorların izopren və BNK elastomerlərinin texnoloji xassələrinə təsirinin tədqiqi nəticəsində müəyyən edilmişdir ki, radiasiya-kimyəvi üsulla alınmış polimer-yağ əsaslı plastifikatorlardan istifadə edildikdə mexaniki həllolma prosesi yaxşılaşır, vulkanlaşma prosesində (C-C, C-S-C) əlaqələrinin cıxımının, zəncir torunun sıxlığının artmasına və elastomer kompozitlərin fiziki-mexaniki xassələrinin yaxşılaşmasına səbəb olur, aqressiv maye mühitə davamlılıq yüksəlir. Alınmış nəticələr praktiki cəhətdən əhəmiyyətli olub, maşınqayırma, avtomobil və dəmiryol nəqliyyatlarında dişli çarxların hərəkətində sürtünməni azaltmaq üçün tövsiyyə edilə bilər.

7. Yeni hazırlanmış dərin pikselli MSFD-3NM-2 selvari fotodiodlarının parametrləri tədqiq edilmiş və göstərilmişdir ki, optimal işləmə gərginliyində əvvəlki analoqu (MSFD-3NM-1) ilə müqayisədə gücləndirmə əmsalı 2.5 dəfə, ifrat gərginlik intervalı ~ 42% və foton qeydetmə effektivliyi 40%-ə qədər yaxşılaşır.  Alınan nəticələr vasitəsi ilə yeni hazırlanmış MSFD-3NM-2 fotodiodları əsasında ssintilyatorlu qamma spektrometrlərinin hazırlanması mümkünlüyü göstərilmişdir.

III problem: karbohidrogenlərin və suyun radiasiya nano-katalitik çevrilmələri, radiasiya texnologiyalarının ekoloji problemlərinin həllinə tətbiqi və atom-hidrogen energetikası

1.Olefintərkibli maye binar sistemlərdə baş verən radiasiya-stimullaşdırılmış polimerləşmə proseslərində şüalanma kəsildikdən 5000 saat sonra baş verən post-radiasiya effektinin payı olefinin ilkin qatılığından və dozadan asılı olaraq 15-20% artır.

2. Neft fraksiyalarından radiasiya-termik təsirlə hidrogenin və olefinlərin alınması prosesi tədqiq olunmuş və göstərilmişdir ki,  optimal şəraitdə aktivləşmə enerjisi 150 kJ/mol-dan 20 kJ/mol-dək azalır və bu da,  prosesin temperaturunun 350 dərəcəyədək enməsinə və beləliklə karbon emissiyasının  hər ton xammala görə 200 kq azalmasına  imkan vermişdir. İstilik enerjisinin alternativ enerji mənbələrindən alınması halında karbon emissiyası sıfradək azalır.

3. Nano - Al2O3  tərkibində toksiki  komponentlər  (PXB)  olan su  mühitinə daxil edilmiş sistemin  radioliz prosesində udulan dozanın artması ilə çevrilmələri xarakterizə edən pH göstəricisi 140 kGy dozada 5,3-dən 3,9-a qədər, OKT parametri isə 1266 mq/l-dən 182mq/l-ə qədər azalır. Bu azalma TL və EPR metodları ilə oksidin səthində γ-şüalarının təsiri ilə yaranan defektlərin  (g = 2.0045, ∆B = 10.7 G), (g = 2.0076, ∆B = 10.7 G) adsorbsiya olunmuş toksik komponent molekullarla reaksiyası ilə izah olunur.

4. Nano-ZrO2 -in iştirakı ilə heksandan  praktiki əhəmiyyətli yüngül karbohidrogen – qaz (C2 -C4) fraksiyasının və heksan-su  sistemi əsasında isə əlavə yüksək çıxımla universal enerjidaşıyıcı olan hidrogenin alınmasının radiasiya-katalitik üsulları işlənilib. Müəyyən edilmişdir ki, hidrogenin radiasiya-kimyəvi çıxımı homogen faza (G(H2 )=5,3 molekul/100eV) ilə müqayisədə T=373÷473K intervalında 4-7 (G(H2)=19,6÷36,4 molekul/100eV) dəfədən çox, karbohidrogenlər üçün isə G(CxHy)~1,4 dəfə artmışdır.

5. Müəyyən edilmişdir ki, ilkin olaraq oksigen mühitində elektrik boşalması ilə işlənmiş katalizatorların səthi aktivliyi udulan dozanın D≤141 kGy qiymətlərində adi katalizatorlara nisbətən yüksəkdir.  Belə ki, termolüminessensiya və termofiziki analizlərə görə modifikasiya olunmuş katalizatorlarda, səth effektliyinin intensivliyi 3.2, səthin sorbsiya həcmi 1,6 və karbohidrogenlərin çevrilmə proseslərində maye fazada yaranan məhsulun həcmi də1.6 dəfə artmış olur. .

IV problem: enerji daşıyıcılarının alınması, istehsalat və məişətdə enerji təminatında bərpa olunan enerji mənbələrinin istifadəsinin elmi əsaslarının işlənməsi

1.İşğaldan azad edilmiş ərazilər üzrə aparılan statistik araşdırmalar nəticəsində Günəş-termik helioqazgeneratorunda biokütlədən hidrogen və hidrogen tərkibli qazların alınmasının texniki göstəriciləri hesablanmışdır. Göstərilmişdir ki, orta hesabla hər min kvadrat metrə il ərzində düşən 6,4 mln. kVt saat istilik enerjisi hesabına 1,2 mln. ton biokütləni qazlaşdıraraq H2 və H2 tərkibli qaz almaq olar ki, bu yanacağın da enerji potensialının 33%-ə qədəri Günəş enerjisinin payına düşür. Bu prosesdə CO2 emissiyası 3000 tona qədər azalır.

2. Biokütləyə günəş enerjisinin təsiri ilə yüksək kalorili qaz (H2, CH4, CO) qarışıqlarının alınması imkanları tədqiq edilmışdir. Biokütlə və günəş enerjisi hər ikisi ekoloji təmiz mənbə olduğundan və nəticədə yüksək kalorili qaz (H2, CH4, CO) alındığından bu üsulun iqtisadi cəhətdən daha səmərəli olduğu göstərilmişdir. Biokütlənin tərkibində liqnin miqdarı yüksək olduğuna görə enerji tutumludur, kül şəklində qalıq isə gübrə kimi istifadə edilə bilər.

İşçilərinin ümumi sayı 279
Struktur bölmələri İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri laboratoriyası
Polimerlərin radiasiya kimyası və texnologiyası laboratoriyası
Polimer və elektroaktiv materialların radiasiya fizikası laboratoriyası
Seqnetoelektriklərin radiasiya fizikası laboratoriyası
Bərpa olunan enerji növlərinin çevrilməsi laboratoriyası
Yarımkeçiricilərin radiasiya fizikası laboratoriyası
Nizamsız bərk cisimlərin radiasiya fizikası laboratoriyası
Enerjitutumlu radiasiya prosesləri laboratoriyası
Enerjiqənaətedici radiasiya prosesləri
Ətraf mühitin radiasiya kimyası laboratoriyası
Heterogen proseslərin radiasiya kimyası
Radiobiologiya laboratoriyası
Radioekologiya laboratoriyası
Radiokimya və radioprotektorlar laboratoriyası
Beynəlxalq əlaqələr şöbəsi
Elektron sürətləndiricisi elmi təcrübi şöbəsi
Qamma şüalandırma kompleksi
İnnovativ tədqiqatlar qrupu
Təhsil şöbəsi
Elmi şura

-       sədr

-      müavin

-       katib

-       üzvləri

 

Mustafayev İslam İsrafil oğlu

Mehdiyeva Rəvan Nadir qızı

Nuriyev   Musa   Abduləli  oğlu

Abiyev Əsgər Əli Qulam oğlu

Ağayev Teymur Nemətulla oğlu

Cəfərov Elimxan Süleyman oğlu

Qurbanov Müslüm  Əhməd oğlu

Mədətov Rəhim  Səlim oğlu

Səmədov Oqtay Əbil oğlu

Sərdarlı Rauf Mədət oğlu

Mehrabova Mətanət Əhməd qızı

Bayramov Məzahir Nəsrəddin oğlu

Mahmudov Hökmən Mövəcət oğlu

Məmmədov Şiraz Məcnun oğlu

Xəlilov Rövşən İbrahimxəlil oğlu

Hümbətov Famil Yusif oğlu

Məmmədov Xəqani Fərzulla oğlu

Əhmədov Fərid İbrahim oğlu

Mikayılova Əminə Cümşüd qızı 

Məmmədov Əli Xanlar oğlu 

Gənc alimlər və mütəxəssislər şurası

-       sədr

-       müavin

-       katib

-       üzvləri

 

Məmmədov Əli Xanlar oğlu

Məmmədov Ramil Azad oğlu

Vəlizadə Aygül Hüsaməddin qızı

Qasımova Gülnar Elxan qızı

Sadıqlı  Lamiyə Elxan  qızı

İsmayılova Pərvin İsmayıl qızı

Hacıyeva Selcan Aqil qızı

Mirzəyeva Aytac Kazım qızı

İmaməliyev Asim Elman oğlu

Abdullayeva İlahə Adil qızı

Nəbiyeva Aysel Nemət qızı

Necati Solut Hüsniyə Əsgər qızı

Musayev Musa Rövşən oğlu

 Dissertasiya şurası

2225.01 – Radiasiya materialşünaslığı (fizika üzrə)

F.r.e.d., prof. Mədətov Rəhim Səlim oğlu (sədr müavini)

F.ü.f.d.   Məmmədov Müslüm Əhməd oğlu (elmi katib)

F. e.d., prof. Abdullayev Adil Polad oğlu

F. e.d., dos. Mehrabova Mətanət Əhməd qızı

F.ü.f.d., dos. Salmanov Famin Tahir oğlu

2226.01-Radioekologiya

AMEA-nın müxbir üzvü Səmədov Oqtay Əbil oğlu  ( sədr)

F.-r.e.d., prof. Əhmədov Namiq Abduləvvəl oğlu

F.-r.e.d., prof. Xəlilov Rövşən İbrahimxəlil oğlu

F.-r.e.d., prof. Qasımov Oqtay Kazım oğlu

F.ü.f.d., dos. Mikayılova Əminə Cümşüd qızı

2225.01 – Radiasiya materialşünaslığı (kimya üzrə)

AMEA-nın müxbir üzvü Mustafayev İslam İsrafil oğlu  ( sədr)

K.ü.f.d. Quliyeva Ülviyyə Aydın qızı (elmi katib)

K.e.d., prof. Qurbanov Müslüm Əhməd oğlu

K.e.d., dos. Məmmədov Xəqani Fərzulla oğlu

K.ü.f.d., dos. Mahmudov Hökmən  Mövəcət oğlu

2305.01- Nüvə kimyası

K.e.d., prof. Ağayev Teymur Nəmətulla oğlu(sədr müavini)

Akademik Qəribov Adil Əbdülxaliq oğlu

K.e.d. Nəcəfov Arzu İslam oğlu

K.ü.f.d., dos. Cabbarova Lalə Yusif qızı

K.ü.f.d., dos. Məmmədov Sahib Qiyas oğlu

Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         katib

-         büro üzvləri

Mikayılova Əminə Cümşüd qızı

Bayramov Məzahir Nəsrəddin oğlu

Məmişova Rəxşanə Məyiş qızı

Şamilov Elşən Nurəddin oğlu

Nəbizadə Zərqələm Oruc qızı

 Qadınlar şurası

-        sədr

 

 

Mehdiyeva Rəvan 

Mədətov  Rəhim

Qocayeva Lətifə

Cabbarova Lalə

İskəndərova Zenfira

Əzizova Kəmalə

Qarayeva Kəmalə

Əmirova Səidə

Nəsibova Aygün

Salmanova Firuzə

Mahmudlu Gülçin

Nuriyev Musa

İctimaiyyətlə əlaqələrə məsul şəxs Baba Yaşaroğlu
Elmlər doktorları
Fəlsəfə doktorları