Tel. | (+994 12) 5393532 | |
Faks | (+994 12) 5392826 | |
Elektron poçtu | lab2.5@isi.az | |
Struktur bölmənin rəhbəri | Prof. Məmmədov Knyaz Şiraslan oğlu | |
İşçilərin ümumi sayı | 7 | |
Əsas fəaliyyət istiqamətləri | Bul və tamədədli proqramlaşma məsələləri, riyazi proqramlaşma, riyazi modelləşmə, ədədi üsullar, proqram komplekləri. | |
Əsas elmi nəticələri | 1. Tamədədli tənliyin dezaqreqasiyası probleminin həlli. (Bu məsələ ABŞ riyaziyyatçıları tərəfindən qoyulmuş və 30 il müddətində həll olunmamışdır);
2. Tamədədli çanta məsələsinin və tamədədli proqramlaşdırma məsələsinin optimal həllini saxlayan kiçik oblastın tapılması üçün kafi şərt şəklində kriteriyalar verilmiş və onların yeni həll üsulları təklif olunmuşdur; 3. Dənizdə neft-qaz platformalarının optimal yerləşdirilməsi və onların optimal birləşdirilməsi məsələsinin riyazi modeli qurulmuş və həll üsulu verilmişdir; 4. Qismən tamədədli çanta məsələsində məchulların dəyişmə intervalının kiçilməsi üçün kriteriya verilmiş və onun effektiv həll üsulu işlənmişdir; 5. Bul və tamədədli proqramlaşdırma məsələsinin suboptimal həllərinin qurulması üçün polinomial zaman mürəkkəbliyinə malik üsullar işlənmişdir; 6. Bul və tamədədli proqramlaşdırma məsələləri üçün Laqranj tipli majorant funksiya qurulmuş və onun minimallaşması alqoritmləri işlənmişdir; 7. Qismən tamədədli proqramlaşdırma məsələsinin optimal həllini saxlayan və verilmiş oblasta nəzərən daha kiçik olan oblastın tapılması üsulu təklif olunmuşdur; 8. Bul və tamədədli proqramlaşdırma məsələləri üçün zəmanətli həll, zəmanətli suboptimal həll anlayışları verilmiş və onların tapılması üçün üsullar təklif olunmuşdur; 9. Verilənləri tamədədli intervallar olan Bul proqramlaşdırması məsələsi üçün optimist, pessimist, suboptimist və subpessimist həll anlayışları verilmiş, suboptimist və subpessimist həllərin qurulması alqoritmləri işlənmişdir; 10. Verilənləri intervallar olan Bul proqramlaşdırması məsələsi üçün Laqranj tipli majorant funksiya qurulmuş, bu funksiyanın bəzi xassələri aşkarlanmış və onun minimallaşdırması alqoritmləri işlənmişdir. |