Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları laboratoriyası

Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları laboratoriyası
Tel. (+994 12) 5399231
Faks (+994 12) 5392826
Elektron poçtu lab3.1@isi.az
Struktur bölmənin rəhbəri AMEA-nın müxbir üzvü Aydazadə Kamil Rəcəb oğlu 
İşçilərin ümumi sayı  
Əsas fəaliyyət istiqamətləri 

1. Riyazi modelləşdirmə; 

2. Parametrik identifikasiya;

3. Optimal idarəetmə məsələləri və intellektual qərar qəbuletmə sistemləri üçün ədədi üsulların işlənilməsi və proqram təminatının yaradılması;

4. Azərbaycan dilində çap əlyazma və əlyazma mətnlərin, nitqin, mətnlərin müəlliflərinin tanınması sistemlərinin işlənməsi.

Əsas elmi nəticələri

1.Hər biri məhdud lüğət ehtiyatına malik olan tematik yönümlü nitqin tanınması üçün nəzərdə tutulan müxtəlif altsistemlərdən ibarət olan Azərbaycan nitqinin kompüter tanıma sistemi işlənib hazırlanmışdır. Altsistemlərə bölünmə tanımanın effektivliyini və keyfiyyətini artırır. Sistemdə tanımaya təqdim olunan tələbdən asılı olaraq tanımanın dəqiqlik və effektivlik səviyyəsi dərəcələrinin müxtəlif variantlarının seçimi nəzərdə tutulub;

2.Hiperbolik tip xüsusi törəməli diferensial tənliklərlə təsvir olunan neft-qaz boru kəmərlərində keçid proseslərinin optimal idarəedilməsi məsələləri tədqiq olunub. Texnoloji məhdudiyyətlərin və idarəedici təsirlər sinfinin seçilməsinin keçid proseslərinin alınmış optimal rejimlərinə təsirinin qanunauyğunluqları aşkara çıxarılmışdır;

3.Paylanmış parametrli sistemlərdə toplanmış impuls mənbələri ilə optimal idarəetmə məsələləri üçün mənbələrin toplanma yerlərinə və təsir zamanlarına nəzərən optimallıq üçün zəruri şərtlər alınmışdır. Məsələnin ədədi həlli üçün sonluölçülü birinci tərtib optimallaşdırma üsullarından istifadə etməyə imkan verən düsturlar alınıb;

4.İstilik proseslərinin nöqtəvi mənbələrə görə əks əlaqə ilə idarəetməsi nümunəsində əks əlaqə parametrlərinin optimal sintezi, vəziyyətə nəzərət cihazlarının sayının və yerlərinin optimallaşdırılması üçün yanaşma təklif olunmuşdur. Məsələnin ədədi həll sxeminin qurulması üçün istifadə olunan optimallıq üçün konstruktiv zəruri şərtlər alınmışdır. Hazırlanmış proqram təminatının tətbiqi ilə kompüter eksperimentləri aparılmışdır;

5.Qeyri-səlis ədədlər üçün splayn-funksiyalar ideyasından istifadə edən və bir çox məlum mənsubiyyət funksiyaları sinfini ümumiləşdirən hamar mənsubiyyət funksiyaları sinfi təklif edilib. Təklif edilən mənsubiyyət funksiyaları azərbaycan dilində çap-əlyazma mətnlərinin tanınması üçün hazırlanan kompüter sistemində istifadə edilib;

6.Qeyri-lokal şərtlərlə verilmiş parabolik və hiperbolik tip xətti tənliklərə nəzərən əmsal-tərs məsələlərinin ədədi həlli üçün yanaşma təklif olunmuş və əsaslanmışdır. Yanaşma düz xətlər üsuluna və sərhəd məsələsinin həllinin xüsusi göstərilişinə əsaslanır. Həllin bu göstərilişində adi diferensial tənliklər sisteminə nəzərən köməkçi məsələlərin həlli iştirak edir. Tədqiqatın nəticələri zamana görə ani və ya obyektin ayrı-ayrı nöqtələrində vəziyyət ölçülərinin aparılması mümkün olmadığı hallarda yeraltı hidrodinamika, ekoloji və digər proseslərin riyazi modelləşdirilməsi zamanı istifadə oluna bilər; 

7.Qeyri-lokal başlanğıc və sərhəd şərtli xətti parabolik və hiperbolik tənliklər üçün fəza və ya zaman dəyişənindən asılı olan əmsallara görə əmsal-tərs məsələlər sinfinin ədədi həlli tədqiq olunur. Düz xətlər və şəbəkə üsullarına əsaslanan iki yanaşma təklif və tədqiq edilmişdir. Məlum yanaşmalardan fərqli olaraq hər iki üsulun istifadəsi zamanı iterasiya prosedurunun qurulmasına ehtiyac yoxdur. Birinci yanaşma tərs məsələnin həllini adi törəməli xətti diferensial tənliklərə nəzərən Koşi məsələsinin həllinə gətirir, ikinci yanaşma xətti cəbri tənliklər sisteminə gətirir;

8.Qeyri-xətti adi diferensial tənliklər sistemi ilə təsvir olunan müşahidəyə görə obyektlərin optimal idarəedilməsinin sintezi məsələsinin qoyuluşu və ədədi həllinə yanaşma təklif edilib. Məsələ obyektin parametrləri haqqında informasiyanın dəqiq şəkildə verilmədiyi halda müşahidələrin nəticələrindən asılı müxtəlif zonal idarəedici funksiyalar siniflərində və müxtəlif növ müşahidələr üçün müxtəlif tip əks əlaqələr üçün həll edilir. Məqsəd funksionalının qradiyenti üçün düsturları özündə saxlayan optimallıq üçün zəruri şərtlər alınmışdır. Model məsələlərin həlli timsalında ədədi eksperimentlər aparılmışdır; 

9.Mətnlərin sentiment analiz üçün gizli Markov modeli və neyro qeyri-səlis yanaşmalar əsasında hibrid yanaşma təklif olunub. Mətnin mənasının anlama prosesində əlamət vektorunun hesablanmasında yeni "Pruned İCF” çəki funksiyası təklif edilmişdir. Göstərilmişdir ki, subyektiv analizin aparılmasında "Pruned İCF” çəki funksiyası digər çəki funksiyalarından (TFİDF və İDF) daha yaxşı nəticə göstərir;

10.Hiperbolik tənliklərə nəzərən əmsal-tərs məsələsinə gətirilən karbohidrogen xammalının qərarlaşmayan rejimdə nəqli zamanı boru kəmərinin xətti hissəsinin hidravlik müqavimət əmsalının identifikasiyası məsələsinə baxılıb. Hesab olunur ki, boru kəmərinin xətti hissəsinin uclarında və/və ya aralıq nöqtələrində xammalın nəql rejimlərinin ölçmələrinin nəticələri mövcuddur. Müqavimət əmsalının identifikasiyası üçün təklif edilən üsul əvvəllər müəlliflər tərəfindən zonal idarəedici təsirlər sinfində idarəetmənin sintezi məsələsinin həlli üsuluna əsaslanır. Model məsələlərin ədədi həllinin nəticələri alınıb;

11.Paralel hesablama texnologiyaları əsasında optimallaşdırmanın tətbiqi proqram paketlə idarəetmə sistemi üçün alqoritmlər və proqram təminatı hazırlanmışdır;

12.Kompüter vasitəsilə azərbaycan mətnlərinin anlanılması üçün gizli markov və neyrofazi modelləri əsasında alqoritmlər və proqram təminatı yaradılmışdır;

13.Mürəkkəb halqavari strukturlu neft kəmərlərində mayenin qərarlaşmamış rejimdə hərəkəti zamanı sızma yerlərinin lokalizasiyası məsələsinin ədədi həll üsulu təklif edilmişdir. Model məsələlər üzərində ədədi eksperimentlər aparılıb;

14.Azərbaycan dilindəki mətnlərin müəlliflərinin tanınması üçün alqoritm və proqram təminatı işlənib;

15.Həm toplanmış, həm də paylanmış parametrli dinamik sistemlər üçün qeyri-lokal sərhəd şərtlərinin sağ tərəfindəki mənbələrin optimallaşdırılması məsələsi həll edilmişdir. Ədədi alqoritmlərin qurulması məqsədilə mənbələrin parametrlərinin optimallığı üçün zəruri şərtlər alınmışdır;

16.Kütləvi keçirilən sorğuların, test imtahanlarının nəticələrinin kompüter tanıma və qiymətləndirmə sistemi üçün üsullar, alqoritmlər və proqram təminatı işlənmişdir. Proqram təminatı Respublikanın orta ümumtəhsil məktəblərinin 9 və 11-ci siniflərində keçirilən buraxılış imtahanlarının nəticələrinin yoxlanılması üçün Dövlət İmtahan Mərkəzində tətbiq olunmuşdur.