Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Dağlıq Qarabağ: mənbələr əsasında oxunmuş tarix” adlı kitab işıq üzü görüb
27.08.2014 00:00
  • A-
  • A
  • A+

“Dağlıq Qarabağ: mənbələr əsasında oxunmuş tarix” adlı kitab işıq üzü görüb

Moskvada görkəmli alim, ictimai-siyasi xadim, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr olunmuş “Dağlıq Qarabağ: mənbələr əsasında oxunmuş tarix” kitabı çapdan çıxıb.

Kitabda Dağlıq Qarabağ münaqişəsinin yaranması səbəblərini, habelə bu bölgənin tarixən mövcud olan Azərbaycan torpaqlarına məxsusluğunu əks etdirən müxtəlif tarixi mənbələr yer alıb.

Qeyd olunur ki, Azərbaycanın xristian abidələri bütün dövrlərdə erməni din xadimləri tərəfindən tarixin təhrif olunması üçün istifadə edilib.

Yeni nəşrdə tarixi sənədlər əsasında Ermənistan dövlətinin diasporun köməyi ilə Dağlıq Qarabağ münaqişəsini necə ortaya çıxarması kimi geosiyasi proseslərdən bəhs olunur. Kitabda, həmçinin ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar və razılaşmalara dair faktlar yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: