Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Arif İsmayılzadənin əsərlərinin biobiblioqrafik göstəricisi çapdan çıxıb
04.09.2014 00:00
  • A-
  • A
  • A+

Akademik Arif İsmayılzadənin əsərlərinin biobiblioqrafik göstəricisi çapdan çıxıb

AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən Əməkdar elm xadimi, Azərbaycanın əməkdar geoloqu, akademik Arif İsmayılzadənin elmi əsərlərinin biobiblioqrafik göstəricisi çapdan çıxıb.

Göstəriciyə alimin Azərbaycan və xarici dillərdə çap olunmuş monoqrafiya və kitabları, nəşr olunmamış elmi əsərləri, müxtəlif məcmuələrdə və dövri mətbuatda dərc olunmuş məqalələri, elmi konqres, sessiya, simpozium, konfrans, müşavirələrdə çıxış və məruzələri daxil edilib.

Kitabxananın direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlinin elmi redaktorluğu ilə nəşr olunan biobiblioqrafiyada akademikin həyat və fəaliyyətinin əsas məqamları, elmi, pedaqoji, təşkilati və ictimai fəaliyyəti haqqında qısa oçerk, alim haqqında yazılan məqalələr, onun elmi rəhbərliyi ilə müdafiə edilmiş dissertasiyalar öz əksini tapıb.

Göstəriciyə daxil edilmiş materiallar müvafiq bölmələr üzrə xronoloji ardıcıllığa uyğun olaraq yerləşdirilib. Biobiblioqrafik göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə kitabın sonunda informasiya-axtarış aparatı təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: