Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu” adlı monoqrafiya çapdan çıxıb
24.06.2019 15:02
  • A-
  • A
  • A+

“Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu” adlı monoqrafiya çapdan çıxıb

Bu günlərdə filologiya elmləri doktoru Abid Tahirlinin “Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu” adlı irihəcmli monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarl ilə nəşr edilən monoqrafiyanın elmi redaktoru filologiya üzrə elmlər doktoru, dosent Nikpur Cabbarlı, rəyçiləri filologiya üzrə elmlər doktoru Nailə Muradəliyeva və filologiya üzrə fəlsəfə doktoru, dosent Şahbaz Musayevdir.

Monoqrafiyada çoxşaxəli ədəbi irsə sahib olan Ceyhun Hacıbəylinin mühacirətdən əvvəl və mühacirət dövrü yaradıcılığı janrına, ideyasına, mövzusuna, məzmununa, dilinə, üslubuna görə dərindən və müasir tələblərə uyğun təhlil edilir, sanballı elmi-nəzəri qənaətlər irəli sürülür. 

Yeni nəşr istiqlalçı ədibin və ümumiyyətlə, mühacirət ədəbi irsinin tədqiqinə, çağdaş ədəbiyyatşünaslığa dəyərli töhfədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: