Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvantəpə yaşayış yerinin arxeoloji tədqiqatlarına həsr olunan yeni nəşr
19.08.2019 11:48
  • A-
  • A
  • A+

Naxçıvantəpə yaşayış yerinin arxeoloji tədqiqatlarına həsr olunan yeni nəşr

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva, Turan Həşimova, Kamran Mehbalıyev və Elmar Baxşəliyevin həmmüəllifi olduqları "Naxçıvantəpədə 2018-ci ilin arxeoloji tədqiqatları" adlı monoqrafiya çapdan çıxıb.

Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə nəşr olunan monoqrafiyanın elmi redaktoru professor Qüdrət İsmayılzadə, rəyçiləri tarix üzrə elmlər doktoru, professor Abbas Seyidov və tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərovdur.

Kitabda Naxçıvantəpə yaşayış yerində 2018-ci ildə aparılan arxeoloji tədqiqat işlərinin nəticələri ümumiləşdirilib. Arxeoloji tədqiqatlar nəticəsində Naxçıvantəpə yaşayış yerinin Eneolit dövrünün erkən və orta mərhələsinə aid tapıntılar əldə edilib. 

Monoqrafiya universitet tələbələri və mütəxəssislər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.a

  • Paylaş: