Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Tarix İnstitutunda İrəvan xanları nəslinin nümayəndəsi ilə görüş keçirilib
19.08.2019 14:48
  • A-
  • A
  • A+

Tarix İnstitutunda İrəvan xanları nəslinin nümayəndəsi ilə görüş keçirilib

Avqustun 19-da AMEA-nın Tarix İnstitutunda İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş keçirilib.

Qeyd edək ki, Əmir Əli Sərdari İrəvani İrəvan xanları Hüseynəli xan və Məhəmməd xanın nəslindəndir. O, hazırda Almaniyada yaşayır.

Görüşdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qonağa müəssisədə aparılan elmi araşdırmalarla bağlı ətraflı məlumat verib. Bildirib ki, institut ermənilərin işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində aparıcı rol oynayır. Azərbaycan tarixinin saxtalaşdırılmış səhifələri alimlər tərəfindən yenidən yazılır və müxtəlif tarixi dövrlərdə itirilmiş torpaqlarımızın tarixi araşdırılır.

Akademik Y.Mahmudov Tarix İnstitutunun nəşrləri olan “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kimi kitabların müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayıldığını diqqətə çatdırıb. Qeyd edib ki, 2012-ci ildə ölkə başçısının müvafiq sərəncamı ilə Qarabağ, Naxçıvan və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərinə görə institutun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət Mükafatı verilib. 

Görüşdə İrəvan xanları nəslinə mənsub olan ailələr, onların ayrı-ayrı nümayəndələri haqqında məlumatların toplanılması və elmi dövriyyəyə gətirilməsi ilə bağlı razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: