Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

26.08.2019 11:46
  • A-
  • A
  • A+

Ağsu Təcrübə-Dayaq Məntəqəsinin üzüm bağlarında bol məhsul yetişdirilib

Ağsu Təcrübə-Dayaq Məntəqəsinin üzüm bağlarında bol məhsul yetişdirilib

AMEA Zoologiya İnstitutunun Ağsu Təcrübə-Dayaq Məntəqəsində elmi-tədqiqat məqsədilə salınmış 1 hektar üzüm bağında mütəxəssislər tərəfindən bitkinin məhsuldarlığının azalmasına təsir edən zərərvericilər və onlara qarşı inteqrir mübarizə üzrə geniş araşdırmalar aparılıb. Araşdırmalar zamanı Tətbiqi Zoologiya Mərkəzində çoxaldılmış bir sıra səmərəli entomofaqlardan bioloji mübarizə məqsədilə istifadə olunub.

Tədqiqat işlərinin nəticəsi olaraq bu il üzüm bağından ilk olaraq 10 tona yaxın məhsul əldə edilib.

AMEA Zoologiya İnstitutunun Elmi Şurası və Həmkarlar Təşkilatının birgə iclasında bu məhsulun AMEA-nın elmi bölmələrinə verilməsi qərara alınıb. İlk olaraq 1,5 ton məhsul Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin institutlarına verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: