Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA Mərkəzi Elmi Kitabxanasının “Elmi əsərlər” jurnalı məqalə qəbulunu davam etdirir
06.09.2019 15:51
  • A-
  • A
  • A+

AMEA Mərkəzi Elmi Kitabxanasının “Elmi əsərlər” jurnalı məqalə qəbulunu davam etdirir

AMEA Mərkəzi Elmi Kitabxanasının “Elmi əsərlər” jurnalı 2019-cu ildə növbəti 2-ci və 3-cü nömrələri üçün məqalə qəbulunu davam etdirir.

Ədliyyə Nazirliyi tərəfindən “Mətbu nəşrlərin reyestri”nə daxil edilən jurnalın redaksiya heyəti Azərbaycan və xarici kitabxana-informasiya mütəxəssislərindən ibarətdir.

Jurnalda dərc olunacaq məqalələrin mövzu əhatəsinə dair tələblər:

- Kitabxana-informasiya elmi;

- Kitabxana-informasiya elminin tətbiqi sahələri (rəqəmsal yaddaş, rəqəmsallaşdırma siyasəti, sərbəst ensiklopedik resurslar, Vikipediya, müəllif hüququ, intellektual mülkiyyət, informasiya siyasəti, informasiya təhlükəsizliyi, süni intellekt və s.);

-Tarix, ədəbiyyat, incəsənət, türkologiya, digər humanitar və dəqiq elmlər sahələrində çalışan alimlər tərəfindən kitabxana-informasiya elmi ünvanına yeni çağırışlar səsləndirən məqalələr.

Jurnalın hər nömrəsində elmi məqalələrlə yanaşı, aşağıdakı rubrikalara da yazılar qəbul edilir:

-Kitabxana-informasiya sahəsində tarixi hadisələri əks etdirən qısa məlumatlar və qeydlər;

-Kitabxana-informasiya sahəsində beynəlxalq standartlar;

-Digər ixtisaslar üçün kitabxana xəbərləri;

-Sahə üzrə yeni kitablar;

-Yerli və beynəlxalq tədbirlər təqvimi.

Məqalələrin tərtibinə dair tələblər:

- Müəllifin adı, soyadı, elmi dərəcəsi, elmi vəzifəsi, elmi adı, iş yeri göstərilməldir;

- Məqalənin ümumi həcmi 1500-4500 söz olmalı, “Times New Roman” şrifti ilə, “12” ölçüdə, sətirarası interval “1,0”,  mətndaxili abzas 1 sm olmaqla təqdim olunmalıdır;

- Elmi məqalələrin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq aktuallıq əsaslandırılmalı, elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə göstərilməlidir;

- Xülasə və açar sözlər - Azərbaycan, ingilis rus dillərində verilməlidir.

İkinci nömrə üçün məqalələr oktyabrın 31-dək, üçüncü nömrə üçün isə dekabrın 12-dək bekirleyla@gmail.com, cecilia.hazai@gmail.comgulshen.memmedoglu@gmail.com ünvanlarına (hər üçünə) göndərilməlidir. 

Əlaqə: gulshen.memmedoglu@gmail.com

Telefon: (+994 12) 537 19 82

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: