Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Torpaq muzeyində saxlanılan nümunələr genetik ehtiyatların qorunmasında mühüm rol oynayır
17.09.2019 10:26
  • A-
  • A
  • A+

Torpaq muzeyində saxlanılan nümunələr genetik ehtiyatların qorunmasında mühüm rol oynayır

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun nəzdində 2003-cü ildən etibarən Torpaq muzeyi fəaliyyət göstərir. Muzeyin yaradılmasında əsas məqsəd torpaq nümunələrinin, süxurlarının, monolitlərinin yığılması, saxlanılması, torpaqşünaslıq və aqrokimya elminin son 70 ildə əldə etdiyi nailiyyətlərin sistemləşdirilməsi və nümayişidir. 

Muzey 1974-cü ildə Dünya Torpaqşünaslarının X Qurultayına hazırlıq məqsədilə mərhum akademik Həsən Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə toplanmış 50-dək torpaq monoliti əsasında yaradılıb. Bu monolitlər və onların morfogenetik diaqnostikası respublikamızın torpaq örtüyünün qızıl fondu olub, genetik ehtiyatların öyrənilməsində, pasportlaşdırılmasında və bərpasında vacib rol oynayır.

Bu gün isə muzeydə müxtəlif miqyaslı xəritələr, minerallar, bitki, torpaq nümunələri saxlanılır və elmi araşdırmaların aparılmasında böyük əhəmiyyət daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: