AMEA Rəyasət Heyətinin mətbu orqanı olan "Elm" qəzetinin növbəti nömrəsi bu gün çapdan çıxıb.
Qəzetin bu sayında AMEA-nın prezidenti, akademik Akif Əlizadənin elmi istiqamətlər üzrə elmi şuraların sədrləri ilə görüşü, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin Tatarıstan Respublikasına səfəri, akademiyanın elmi müəssisə və təşkilatlarının direktorları vəzifəsinə seçkilərin nəticələri, AMEA-da magistrantların Bilik Günü, "Nəsimi irsi və Azərbaycan ədəbiyyatında hökmdar-sənətkar bağları", "Qafqaz Albaniyası tarixinin yorulmaz tədqiqatçısı", "Cəhalət zülmətində doğan günəş" adlı məqalələr, eləcə də region xəbərləri və digər məlumatlar yer alıb.
Nəşrdə, həmçinin rus dilində materiallar da əksini tapıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.