Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

“Google” dünyanın ən güclü kvant kompüterini yaradıb
23.09.2019 14:38
  • A-
  • A
  • A+

“Google” dünyanın ən güclü kvant kompüterini yaradıb

ABŞ-ın “Google” şirkəti dünyanın ən güclü kvant kompüterini yaradıb. Belə ki, mövcud "IBM" superkompüterlərinin ən güclüsünün 10 000 ilə aparacağı hesablamaları “Google” kvant kompüterinin prosessoru 3 dəqiqə 20 saniyə ərzində edib. 

www.esquire.ru saytının məlumatına görə, “Google” kvant kompüteri hazırda yalnız bir texniki hesablama apara bilir. Şirkət nümayəndələrinin sözlərinə görə, qurğu praktiki tapşırıqların icrasına bir neçə ildən sonra hazır olacaq.

“Google” yaradıcıları öz kvant kompüterlərini “tam kvant hesablama prosesinə gedən vacib bir mərhələ” adlandırıblar və “kvant üstünlüyü”-nə yaxınlaşdıqlarına əminliyini bildiriblər.

  • Paylaş: