Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Kiçik lazer canlı toxumalar daxilində işləyir
25.09.2019 12:52
  • A-
  • A
  • A+

Kiçik lazer canlı toxumalar daxilində işləyir

Şimal-Qərb və Kolumbiya universitetlərinin tədqiqatçıları canlı toxumalara zərər vurmadan onların daxilində fəaliyyət göstərən miniatür nanolazer hazırlayıblar.

www.naukatv.ru resursu yazır ki, lazerin qalınlığı 50-150 ​​nanometr təşkil edir ki, bu da insan saçının qalınlığının 1/1000 nisbətinə bərabərdir. Belə ölçüyə malik lazer canlı toxumalara uyğunlaşmaqla onların daxilində fəaliyyət göstərə, xəstəlik biomarkerlərini tapa və ya beyinin nevroloji pozuntularını müalicə edə bilər. Lazer təbiətinə görə biouyğunluq təşkil edən şüşədən hazırlanıb. O, uzun işıq dalğalarında canlanır, qısa işıq dalğalarında isə işıq saçır.

Tədqiqatçılar qeyd edir ki, nanolazer yüksəksürətli və aşağı güclü elektronika üçün kvant sxemlər və mikroprosessorlar daxil olmaqla çox məhdud məkanlarda işləyə bilər. O, şəffaf olsa da, görünən fotonları gözlə görünməyən optik işıq altında generasiya edir. Fasiləsiz dalğa və aşağı güclü xüsusiyyətlər onun xüsusilə bioloji vizuallaşdırmada tətbiqinə imkan verir.

  • Paylaş: