Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Rusiyada yolu izah edən “ağıllı” ayaqqabı hazırlanıb
01.10.2019 14:06
  • A-
  • A
  • A+

Rusiyada yolu izah edən “ağıllı” ayaqqabı hazırlanıb

Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar. “Ağıllı” ayaqqabı addımları və itirilmiş kaloriləri hesablamaq imkanına malikdir.

Mütəxəssislərin fikrincə, bluetooth texnologiyası ilə təchiz edilmiş ayaqqabılar sahibinin smartfonu ilə birləşir. Bu isə, onlara insanın nəzərdə tutulmuş marşrut üzrə hərəkətini izləməyə imkan verir. İnsan sağa və ya sola dönməlidirsə, ayaqqabıların sağ və ya sol tayı titrəməyə başlayır.

İstehsalçılar güman edirlər ki, onların tətbiqi yollarda qəza ehtimalını azaldacaq. Çünki insana hərəkət zamanı smartfonun ekranına baxmaq lazım olmayacaq. 

www.yandex.ru

  • Paylaş: